Partlayış niyə baş verdi?.. - FHN məlumat yaydı
Prezident Polşanın yeni səfirini qəbul etdi
DİN və Komitə əhaliyə müraciət etdi
Bağını narkotik plantasiyasına çevirən şəxs tutulub
Bakıda güclü partlayış baş verib
Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub


08.02.2018  09:05 

Uşaqlar daha çox dərmandan zəhərlənir





A+  A-

Azərbaycanda kimyəvi zəhərlənməyə məruz qalan uşaqlar arasında ilk yeri dərmandan zəhərlənmələr tutur.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkimi, dosent İsmayıl Əfəndiyev deyib.

İ.Əfəndiyevin sözlərinə görə, ümumilikdə 2017-ci ildə 356 nəfər uşaq kimyəvi zəhərlənməyə məruz qalıb ki, bu da 2016-cı ildəki (377 nəfər) göstəricidən azdır.

Ötən il kimyəvi zəhərlənməyə məruz qalan uşaqlar aarsında ölüm halının baş vermədiyini deyən İ.Əfəndiyev qeyd edib ki, dərmanlardan zəhərlənmələr uşaqlar arasında qeydə alınan kimyəvi zəhərlənmələrin 45,8 faizini təşkil edir:

"Uşaqlar diqqətsiz qalaraq böyüklərin ya harasa qoyulmuş, qapağı açıq qabdakı dərmanlarını, yaxud da zibil qabına atılmış köhnə dərmanları içirlər. Uşaqlar riskləri düzgün qiymətləndirə bilmirlər. Onlar dərmanların əlvan rənglərinə, parlaq olmasına maraq göstəririlər".

İ.Əfəndiyev deyib ki, daha çox 2-4 yaşlı uşaqlar dərmanlardan zəhərlənirlər. Mütəxəssisin sözlərinə görə, zəhərlənən uşaqlar arasında oğlanlar daha çox üstünlük təşkil edirlər: "Bunun da səbəbi onunla izah oluna bilər ki, oğlan uşaqları daha çox nəzarətsiz qalır, sərbəst şəkildə həyətdə oynayırlar. Ona görə də qızlarla müqayisədə oğlanlar arasında zəhərlənmələr daha çoxdur".

Xəbər 2974 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +