Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


08.07.2025  17:49 

Tanınmış jurnalist Həmkarlar İttifaqları Konfederasiyasını saxtakarlıqda ittiham etdi





A+  A-

Tanınmış jurnalist Ramilə Qurbanlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını saxtakarlıqda ittiham edib.

XəzərNews.az xəbər verir ki, R.Qurbanlı illərdir ailəlikcə iş yerlərindən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına üzv olsalar da xidmətlərindən heç cür istifadə edə bilmədiklərini qeyd edib:

“Heç bir xidmətinizdən istifadə etməmişik, bu il elektron qeydiyyatdır dedik, istədiyimiz yeri seçə bilərik, amma bu halda da saxtakarlığınızdan qalmadınız. Camaatı ələ salmısınız? Hansı haqla, hansı hüquqla, hansı insanlıqla? Bu necə yanaşmadır? İstədiyinizin, zəng, tapşırıq əsasında, qeydiyyatını təsdiqləyir, digərlərinə isə heç reaksiya belə vermirsiniz. Başqalarının sizə ödədikləri konfet kağızıdır, yoxsa tut yarpağı? Telefonlara, mesajlara cavab vermirsiniz. Bu gedişlə gələn ilə üzvlərinizin sayı əsaslı surətdə azalacaq, yalnız tapşırıqla istirahətə göndərdiyiniz qohum-əqrabanız qalacaq, o da sizə sərf etməz!”

R.Qurbanlı təklif edib ki, lütfən adınızı da dəyişib Azərbaycan Qohum-Əqraba İttifaqları Konfederasiyası qoyun.

Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədovdur.


Ramilə Qurbanlı


Xəbər 1554 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +