Zelenski ona Ukraynanın baş naziri vəzifəsini təklif edib
Hərbi Prokurorluğda yeni təyinatlar olub
Çörək sexinin fəaliyyəti dayandırıldı - Bakıda
TRT-də PKK təsiri: Urmiya kürd şəhəridir?
Kramatorskda rus məhbuslar qaçıb
Paşinyan Brüsseldə kimlərlə görüşüb?
Onlar da Kremilin hədəfində...
Məleykə Abbaszadə hansı ixtisasların ləğvinin anonsunu verdi
Məşhur azərbaycanlı blogerə cinayət işi açıldı
Suşi emalı müəssisəsində nöqsan - Foto


10.10.2021  09:50 

İranın davranışlarının sadəcə bir adı var...





A+  A-

Dəhşətli faktlar ortaya çıxır. Sən demə, müharibənin 20-ci günü Araz boyunca əzmlə irəliləyən, Vətən torpağını erməni işğalçılardan təmizləyən əsgərimizin qarşısına gözlənilməz düşmən çıxıbmış...

Bəli, Xudafərin körpüsündən keçən İran əsgərləri beton bloklardan sədd yaradaraq Azərbaycan ərazisində Azərbaycan əsgərinin qarşısını kəsiblərmiş. Hansı ki, müharibənin o qızğın çağında bir saniyə belə həlledicidir. Ümumiyyətlə, savaş əsnasında zamanın ekvivalenti qandır.

Təfərrüat bəllidir, nəticə olaraq erməni ordusu bir gün vaxt qazanıb, yəni o istiqamətdə ordumuzun irəliləməsi bir gün ləngiyib...

24 saat ərzində özünə gələn, qüvvə toplayan, möhkəmlənən düşmən isə kim bilir neçə əsgərimizi məhz İranın qazandırdığı zamandan yararlanaraq şəhid edib, yaralayıb, şikəst buraxıb...

Əslində, fars sərbazının qəfildən torpağımıza soxulmaqda məqsədi təkcə əsgərimizi ləngitmək yox, məhz əsgərimizlə döyüşmək, yeni cəbhə yaratmaq olub. Beləliklə, qüvvəmiz ikiyə parçalanar, erməni ordusu nəfəs almağa imkan tapardı...

Yaxşı ki, rəsmi Bakı zamanında soyuqqanlı davranılıb, dövlət ağlı yeni münaqişənin yaranmasının qarşısını alıb...

Provakasiyanın qarşısı diplomatik yolla alınıb.

Kim bilir, hələ açıqlanmayan neçə xəyanət hadisəsi baş verib...

İranın müharibə və postmüharibə dövründə ölkəmizə qarşı davranışlarının sadəcə bir adı var- namussuzluq!

Namussuzluq!

İran "İslam" Respublikasının etdikləri yalnız Azırbaycana xəyanət deyil. İslam dininə də, şiə məzhəbinə də, hətta Allaha da ən böyük xəyanətdir!

Ümumiyyətlə, nəinki dini məsələlərlə bağlı İranla hesablaşmaq, hətta bu ölkəni İslam Əməkdaşlıq Təşkilatından uzaqlaşdırmaqla bağlı məsələ qaldırmaq lazımdır.

Mövcud Tehran rejiminin İslam dini ilə nə əlaqəsi var?

Hansı müsəlman ölkəsi ilə normal əməkdaşlıq edir, terroru bəsləməkdən savayı?
Məzhəbdaş Azərbaycanı Ermənistana satan zehniyyət hansı dini həmrəylikdən bəhs edə bilər?

Ümumiyətlə, İran müsəlman ölkəsidirmi?

Tanıdğım güney azərbaycanlıların əksəriyyəti ya ateistdirlər, ya da din dəyişiblər.
İslamı belə sevdirirlər?

Qısacası, İranla bağlı dövlət siyasətimizdə ciddi korrektələr etməyin zamanıdır!

Məşhəd və ya digər ziyarətlər üçün İrana ölkəmizdən zəvvar axınının qarşısı alınsa yaxşı olar.

Qiymətlər uyğun olsun, bilet və digər məsələlər razılaşdırılsın, ziyarət etmək istəyən Həcc ziyarətinə maddi çətinlik çəkmədən gedə bilsin.

Vətəndaşlarımız üçün İranada təhsil məsələsi isə birdəflik yasaqlanmalıdır.
Hələlik bu qədər!

Bəhruz Həsənov

Xəbər 3662 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.07.2025  14:57 

Kramatorskda rus məhbuslar qaçıb

14.07.2025  14:26 

Onlar da Kremilin hədəfində...

14.07.2025  13:00 

Deputatlar tətilə çıxdı

14.07.2025  12:57 

Sabah gündüz 34-38° isti olacaq

14.07.2025  11:21 

DTX kibercinayətkarları ifşa etdi

13.07.2025  14:53 

Aeroport şosesində qəza oldu


BÜTÜN XƏBƏRLƏR +