Almaniyada azərbaycanlı dəstə başçısı tutuldu
Zaxarova: “Moskva Bakıdan cavab gözləyir”
Ana 1 yaşlı övladını yerə çırparaq öldürüb
Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
Bakıda iki yeniyetmə küçədə gecələyirmiş
“DeFacto” Azərbaycandakı filiallarını bağlayır
Çörəyin içindən yad cisim çıxdı
Vladimir Solovyova qarşı sui-qəsd planı ifşa edildi!
Metroda əlavə ödəniş üsulları tətbiq edilə bilər
Ağac aşdı, qadın altında qaldı - Bakıda


09.09.2025  15:45 

Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi





A+  A-

Yekaterinburqda azərbaycanlılara qarşı zorakılıq əməlləri, 2 həmyerlimizin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qətlə yetirilməsi ilə əlaqədar Federal Təhlükəsizlik Xidmətinin Sverdlovsk idarəsində yoxlamalar aparılır.

Bu barədə Rusiya hüquq-mühafizə orqanlarına yaxın teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, sözügedən hadisələr Rusiyada geniş rezonans doğurub və Moskva ilə Bakı arasında diplomatik gərginliyə yol açıb:

“Hələ kütləvi həbslərdən əvvəl, Sverdlovsk vilayətində İstintaq Komitəsinin xüsusi əhəmiyyətli işlər üzrə dördüncü şöbəsinin rəhbəri, mayor Yaroslav Kuzvesov FTX və İstintaq Komitəsinin rəhbərliyini inandırırdı ki, Səfərovlar və Şıxlinski ailəsinin keçmiş cinayətlərə birbaşa aidiyyəti barədə inkarolunmaz sübutlara malikdir. Bu bəyanatlardan sonra o, əməliyyat tədbirləri keçirmək üçün "yaşıl işıq" alıb.

Lakin iki ay davam edən “araşdırmalardan” sonra məlum olub ki, azərbaycanlılara qarşı ittihamlar demək olar ki, yalnız bir neçə şahidin ifadələrinə əsaslanır. Faktiki sübutlar isə ya yoxdur, ya da hüquqi cəhətdən yetərli deyil".

Qeyd olunur ki, azərbaycanlılar barədə qeyri-obyektib məlumatlar onların kütləvi şəkildə saxlanılması ilə nəticələnib.

"Moskvadan gələn müstəntiqlərdən ibarət nümayəndə heyəti təcrübəli general-mayor İqor Nikolayevin rəhbərliyi altında Sverdlovsk Federal Təhlükəsizlik Xidmətinin niyə belə səhlənkarlığa yol verdiyini araşdırır. Çünki bu, təkcə reputasiya baxımından deyil, ümumiyyətlə, Rusiyaya çox baha başa gələ bilər", - deyə Rusiyanın "VÇK-OQPU" Teleqram kanalı vurğulayıb./Bakupost.az

Xəbər 1255 dəfə oxunub.




12.09.2025  14:42 

ADNSU-nun yataqxanası bağlanıb


BÜTÜN XƏBƏRLƏR +