Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


03.07.2025  14:06 

Rəcəb Tayyib Ərdoğan sabah Xankəndiyə gəlir





A+  A-

İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO/İƏT) üzv ölkələrin zirvə görüşündə Türkiyə rəhbərliyi iştirak edəcək

XəzərNews.az xəbər verir ki, Azərbaycanın Xankəndi şəhəri yüksək səviyyəli beynəlxalq tədbirə - İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Görüşünə ev sahibliyi edəcək. Builki zirvə görüşünün əsas mövzusu dayanıqlı iqtisadi inkişaf və iqlimə uyğun regional əməkdaşlığın qurulmasıdır. Bu Azərbaycanın strateji olaraq dəstəklədiyi istiqamətlərdən hesab olunur.
Xankəndi şəhərində keçirilən yüksək səviyyəli beynəlxalq tədbirdə iştirak etmək üçün Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə iyulun 4-də Azərbaycana səfər edəcək. Rəcəb Tayyib Ərdoğan Azərbaycanın ev sahibliyi edəcəyi İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə toplantısına qatılacaq. Zirvə görüşündə Türkiyə Cümhuriyyətinin ticarət naziri Ömer Bolat, Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu, Xarici işlər naziri Hakan Fidan, Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş və digər rəsmi şəxslər iştirak edəcək.



Xəbər 240 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +