Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


21.04.2025  14:11 

“Kürd Elnur“ azadlıqdan məhrum edilib





A+  A-

"Kürd Elnur" ləqəbi ilə tanınan və dəfələrlə məhkum olunmuş Elnur Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

XəzərNews.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu prosesdə hökm oxunub.

Elnur Abbasov 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Elnur Abbasov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq), 228.4 (qanunsuz olaraq odlu və soyuq silah əldə etmə və gəzdirmə), 234.4.3, 234.2-ci 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, dəfələrlə məhkumluq həyatı yaşayan Elnur Abbasov özünü mərhum kriminal avtoritet Rövşən Canıyevin (Rövşən Lənkəranski) yaxın tərəfdarı hesab edir.

Xəbər 3388 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +