Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


18.02.2025  10:47 

100 qadının fotoları ilə söyüşlü videolar paylaşdı: Həbs edildi





A+  A-

Azərbaycanda saxta profillərlə çoxsaylı qadınların fotolarından ibarət söyüşlü videolar yayan şəxsin kimliyi müəyyən edilib.

XəzərNews.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, polisin həyata keçirdiyi tədbirlərlə sosial şəbəkə istifadəçisi olan qadınların fotolarını icazəsiz götürərək nalayiq formada paylaşan şəxsin Masallı rayon sakini 2000-ci il təvəllüdlü H.Paşalı olması müəyyən edilib.

Onun “TikTok” sosial şəbəkəsində 5 saxta profili idarə etməsi və topladığı fotoların fonunda söyüşlü, qeyri-etik ifadələr yerləşdirərək həmin səhifələrdə yayması məlum olub.

Bildirilib ki, H.Paşalının əməlləri ilə bağlı bir neçə qadın polisə müraciət etdikdən sonra araşdırma aparılıb. Saxta profillərin Masallıda yaşayan şəxs tərəfindən idarə edilməsi məlum olandan sonra o, fevralın 16-da Masallı RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Barəsində inzibati protokol tərtib edilən 25 yaşlı oğlan Masallı Rayon Məhkəməsinə göndərilib. O, ifadəsində təxminən 100 qadının fotolarını götürərək hazırladığı videolarda istifadə etdiyini bildirib.

Məhkəmənin qərarı ilə saxlanılan şəxsə 20 gün həbs cəzası verilib.

Xəbər 4242 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +