Tarixi hamamdan qanunsuz istifadənin qarşısı alınıb
“Formula 1”ə görə bəzi məktəblərdə tədris onlayn olacaq
Netanyahu məsuliyyətə cəlb olunsun - Əl Tani
“Habertürk” və “Show TV”yə həbs qoyuldu
“Barama“ bağçasında azyaşlı zorakılığa məruz qaldı
20 yaşlı ana doğuş zamanı öldü
Polşanın daxili işlər naziri Belarusla sərhədi bağladı
Tulada müdafiə zavoduna hücum oldu
Formula 1: Bakıda bu yollar bağlanacaq
Direktor müavini kanala düşərək ölüb


08.09.2025  16:51 

İsrail Qəzzada atəşkəs təklifini qəbul etdi





A+  A-

İsrail ABŞ Prezidenti Donald Trampın Qəzzada atəşkəslə bağlı irəli sürdüyü təklifi qəbul edib.

XəzərNews.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar Budapeştdə macar həmkarı Peter Siyarto ilə ilə keçirdiyi mətbuat konfransında bildirib.

Saar, israilli girovların azad edilməsini və Fələstinin HƏMAS hərəkatının tərksilah olunmasını ehtiva edən müharibənin dayandırılması ilə bağlı tammiqyaslı sazişi qəbul etməyə hazır olduqlarını deyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp HƏMAS-a sonuncu dəfə xəbərdarlıq edərək, ABŞ-nin atəşkəs təklifini qəbul etməyi tələb edib. Tramp söhbətin hansı şərtlərdən getdiyini dəqiqləşdirməyib.

İsrail mediasının yazdığına görə, HƏMAS-ın atəşkəsin ilk günündə İsrail həbsxanalarında saxlanılan minlərlə fələstinli məhbusun müqabilində israilli girovları azad edəcəyi gözlənilir. Daha sonra uzunmüddətli sülhə dair danışıqlara başlanılması planlaşdırılır. Fələstin tərəfi də öz növbəsində İsrail qoşunlarının anklavdan tamamilə çıxarılmasını tələb edir.

Xəbər 1182 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +