Prezident Yunanıstanın Baş naziri ilə görüşüb
Tehranın nüvə silahına ehtiyacı yoxdur - Xamenei
2026-cı ildən hibrid avtomobillər bahalaşacaqmı?
Prezident və xanımı BMT-nin mənzil qərargahına gəlib
Sürücülərdə bu vərdiş qəza riskini 20 dəfə artırır
Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA


25.08.2025  16:22 

“Azərmaş” ASC zərərçəkmişin pulun ödəmir





A+  A-

Salyan rayonunda yol qəzası zərərçəkmiş sürücünün "Azərmaş” ASC-dən narazılığına səbəb olub.

Avqustun 2-də "Azərmaş” ASC-yə məxsus Əli Namiq Rafiq oğlunun idarə etdiyi 90-YL-419 dövlət nömrə nişanlı "Chevrolet Cobalt LTZ” markalı avtomobil sürücü T.Mirzəyevaya məxsus 77-TF-748 dövlət nömrə nişanlı "Changan” nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən protokol (İnzibati Xətalar Məcəlləsi, maddə 460.3) tərtib edilib. Sürücü xanım T.Mirzəyevaya ümumilikdə 744 manat ziyan dəyib.

Lakin qəzanı törədən "Azərmaş” ASC-yə məxsus avtomobilin icbari sığortası olmayıb.
Qəzadan sonra şirkət nümayəndələri zərərçəkən şəxsə dəymiş bütün ziyanın ödəniləcəyini vəd edərək, şikayət etməməyi xahiş ediblər.

Amma hadisədən iki həftədən çox vaxt keçsə də, "Azərmaş” ASC nə zərəri qarşılayıb, nə də sürücünün zənglərinə cavab verir.

Zərərçəkən sürücü bildirib ki, şirkətin məsuliyyətsizliyi və qanunsuz olaraq sığortasız avtomobilləri idarəyə çıxarması vətəndaşların hüquqlarını pozur:

"Avtomobilimə ciddi zərər dəyib. Qanuna görə, onların sığortası olmalı idi və bu ziyanı sığorta şirkəti ödəməli idi. Ancaq indi həm avtomobilim sıradan çıxıb, həm də hüquqlarım pozulub. Bütün xərclərim öz üzərimdə qalıb”.

Mütəxəssislər də bildirirlər ki, sığortasız avtomobillə yol qəzası törətmək yalnız sürücünü deyil, həmin avtomobilləri istismara buraxan müəssisəni də məsuliyyətə cəlb edə bilər.

Bu səbəbdən "Azərmaş” ASC-yə qarşı həm inzibati, həm də məhkəmə müstəvisində iddia qaldırmaq mümkündür./7news.az


Xəbər 2810 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +