Türkiyədə azərbaycanlı qadın uşaqlarının gözü önündə döyüldü
Keyfiyyətli dondurmanı necə seçək?
Vağzalın parkinq xidməti müvəqqəti dayandırılır
“Kapital Bank”ın vaxtı keçmiş kreditləri artıb
Kursdan çıxan PUA Rostovda yaşayış binasına çırpılıb
Əsir mübadiləsi: 84 ukraynalı vətənə qayıdıb
Rusiyada qətl törədən azərbaycanlı ailədən 102 milyon tələb olunur
Qışda ƏT bahalaşacaq...- Səbəb?
Azərbaycanlılar Rusiyadan deportasiya edildi
Təhsil haqqı 2 min manat artırıldı


15.02.2022  10:20 

Vəliyevlərə qarşı 1 milyonluq dələduzluq





A+  A-

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin qardaşı, "Azneftemash" zavodunun prezidenti Şahmar Vəliyevə qarşı külli miqdarda dələduzluq edilib.

XəzərNews.az “Kriminalqafqaz”a istinadən xəbər verir ki, tanışı Cəfər Əliyev iş adamı Şahmar Vəliyevdən biznes qurmaq adı ilə 1 milyon manata yaxın pul alıb.

O, İrandan boru gətizdirib Azərbaycanda satacaqlarını və yaxşı gəlir əldə edəcəklərini vəd edib. Lakin onun vədinə əməl etməyərək aldığı 986 min manat pulu mənimsədiyi deyilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) cinayət işi başlanıb.

Cəfər Əliyev təqsirləndirilən şəxs kimi istintaqa cəlb edilib. Hazırda onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Qeyd edək ki, cinayət işi üzrə Şahmar Vəliyevdən başqa daha 4 zərərçəkmiş var. Zərərçəkmişlərə vurulan ümumi ziyanın miqdarı 1,8 milyon manata yaxındır.



Xəbər 3181 dəfə oxunub.



14.08.2025  14:14 

Afaq Bəşirqızı təltif edildi

14.08.2025  12:58 

Sabah hava necə olacaq?

14.08.2025  12:49 

Narkotik satan qardaşlar tutulub


BÜTÜN XƏBƏRLƏR +