Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu
Rusiyada Hökumətlərarası Komissiyanın iclası keçiriləcək
Alyaskada rusiyalı jurnalistlərə hörmətsizlik
Sabah hava necə olacaq?
“iTicket.az” baş tutmayan tədbirin bilet pullarını qaytarmır
Rusiya “Tramp marşrutu”nu dəstəkləyir?
Paşinyan yenidən Rusiyaya səfər edəcək
Rusiyada Azərbaycan istehsalı yüzlərlə “Coca-Cola“ küçəyə atıldı


28.09.2021  12:29 

MİMTA 8 Noyabr Zəfər Günü münasibəti ilə yazı müsabiqəsi elan etdi





A+  A-

Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu düşmən üzərində parlaq qələbimizin ildönümü – 8 NOYABR ZƏFƏR GÜNÜ münasibəti ilə “QƏHRƏMANLIQ SALNAMƏSİ” adlı yazı müsabiqəsi elan edir.
Fonddan XəzərNews.az-a verilən məlumata görə, müsabiqəyə Vətən Müharibəsinin şəhidləri, şəhid ailələri və qazilər haqqında müxtəlif mövzularda yazılar qəbul olunur.

Təqdim edilən materiallar 14 ölçülü Times New Roman şrifti ilə, 1.0 intervalda, 2-5 Microsoft Word (A4) səhifəsi həcmində olmalıdır. Bununla yanaşı, müsabiqəyə qatılan müəlliflərdən özləri haqqında qısa məlumat, e-ünvan və əlaqə nömrələrini qeyd etmələri tələb olunur.

Müsabiqəyə yazılar 27 sentyabr – 20 oktyabr 2021-ci il tarixləri arasında qəbul olunacaq.

Müsabiqəyə 1 sentyabr 2021-ci il tarixindən sonra saytlarda və ya mətbuatda dərc olunmuş yazılar da təqdim edilə bilər.

Yazılar münsiflər heyəti tərəfindən anonim şəkildə qiymətləndiriləcək. Müsabiqənin yekunu və qaliblərin adları 8 NOYABR ZƏFƏR GÜNÜ ərəfəsində təşkil olunacaq mükafatlandırma tədbirində elan olunacaq. Tədbir haqqında müəlliflərə öncədən məlumat veriləcək.

Müsabiqədə ilk 3 yeri tutan iştirakçı qalib kimi və daha 2 iştirakçı həvəsləndirici mükafata layiq görüləcək.

• 1-ci yer: 700 azn
• 2-ci yer: 500 azn
• 3-cü yer: 300 azn
• Həvəsləndirici 2 yer: hər biri 150 azn

Yazılarınızı aşağıdakı e-mail ünvanlarına göndərməyiniz xahiş olunur:
[email protected]
[email protected]
[email protected]

Əlaqə telefonları:
(012) 433 22 96/97
(050/077) 722 33 34

Xəbər 3982 dəfə oxunub.




15.08.2025  13:02 

Sabah hava necə olacaq?

15.08.2025  11:05 

Ukrayna Kurska hücum edib

15.08.2025  10:49 

Qəbələdə evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +