Lavrov Alyaskada “SSRİ” yazılı sviteri ilə diqqət çəkdi- VİDEO
Unun satış qiymətləri açıqlandı
Xocalıya köçənlərə 5 hektar torpaq veriləcək
İcra Hakimiyyəti eyni şirkətlə 3 milyonluq anlaşdı
37 yaşlı kişi qızının sinif yoldaşına təcavüz etdi
İsrail Livana qarşı hücuma keçdi
Bakının bəzi rayonlarında qaz olmayacaq
Mübariz Əhmədoğlunun israrı, Ağaye Vilayətinin etirafı...
23 yaşlı tələbə qəzada həyatını itirdi
Türkiyədə azərbaycanlı qadın uşaqlarının gözü önündə döyüldü


23.04.2018  13:43 

Qar uçqununa düşən 5 nəfər xilas edildi





A+  A-

Aprelin 21-də saat 17 radələrində DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən Daşkəsən rayon sakini Asif Bayramov “UAZ” markalı avtomobildə sərnişinləri ilə birlikdə Göygöl rayonunun Tülallar kəndi ərazisində qar uçqunu altında qaldıqlarını bildirib.
XəzərNews.az DİN-ə istinadən xəbər verir ki, Göygöl Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mirnemət Mirbabayev dərhal müraciət edən şəxslə telefonla əlaqə saxlayaraq onların koordinatlarını dəqiqləşdirib və bu barədə təcili rayonun və müvafiq qurumların rəhbərliyinə məlumat verib.

Rayon İcra Hakimiyyətinin, RPŞ-nin rəhbərliyi və şəxsi heyəti təcili tibbi yardım briqadası ilə birgə vaxt itirmədən həmin istiqamətə yollanıblar. Güclü qar yağmışdı. Hava şaxtalı və çovğun olduğundan ucqar dağ kəndinə gedən sıldırım qayaların əhatəsindəki yolda “Niva” və digər yolsuzluq avtomobillərinin də hərəkətində çətinlik yaranıb.

Texnika üçün yaxınlıqdakı hərbi hissəyə müraciə olunub. Tezliklə hərbi nəqliyyat vasitəsinin köməkliyi ilə onlar Bənd adlanan əraziyə çatıblar.

Polis əməkdaşları qar uçqununun altında qalmış, zərbə nəticəsində şüşələri sınmış halda olan həmin avtomobildə köməksiz vəziyyətdə qalmış Daşkəsən rayon sakini Asif Bayramovu, sərnişinləri - Tülallar kənd sakini Fuad Məmmədovu, Daşkəsən rayon sakini Xaliq İsmayılovu, Gəncə şəhər sakini Xəqani Quliyevi və Goranboy rayon sakini Mikayıl Abdullayevi xilas edib, onlara ilkin tibbi yardım göstərilib.

Təbii fəlakət nəticəsində xəsarət alan olmayıb.

Xəbər 3011 dəfə oxunub.



15.08.2025  11:05 

Ukrayna Kurska hücum edib

15.08.2025  10:49 

Qəbələdə evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +