Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu
Rusiyada Hökumətlərarası Komissiyanın iclası keçiriləcək
Alyaskada rusiyalı jurnalistlərə hörmətsizlik
Sabah hava necə olacaq?
“iTicket.az” baş tutmayan tədbirin bilet pullarını qaytarmır
Rusiya “Tramp marşrutu”nu dəstəkləyir?
Paşinyan yenidən Rusiyaya səfər edəcək
Rusiyada Azərbaycan istehsalı yüzlərlə “Coca-Cola“ küçəyə atıldı


27.10.2017  09:25 

“Azərbaycan 35-ci yerə layiq görülüb” - Əli Həsənov





A+  A-

“Yeni Azərbaycan Partiyası cəmiyyətimiz üçün çoxsaylı nümunələr yaradıb. Bunlardan biri də partiya-lider-xalq birliyidir. Lider-partiya-cəmiyyət şkalası üzrə YAP öz sıralarını bu gün də genişləndirir”.
XəzərNews.az xəbər verir ki, bunu Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının X konfransında çıxışı zamanı deyib. O, bildirib ki, partiya Azərbaycan xalqının milliyyətindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq bütün təbəqələrini özündə birləşdirir. Ə. Həsənov partiyanın yaradılması dövründən danışıb: "Bildiyimiz kimi, o dövrdə Azərbaycanda gərgin siyasi vəziyyət mövcud idi. Ümummilli Liderin o zaman müəyyən etdiyi milli birlik strategiyası bu gün də Yeni Azərbaycan Partiyasının təməl prinsiplərindəndir. Azərbaycan hakimiyyətinin mənbəyində xalq dayanır.

Digər ideya bütün insanların potensialından dövlət quruculuğunda, dövlətin potensialından isə vətəndaşların sosial rifahının, milli-mənəvi ehtiyaclarının təmin olunmasında istifadə edilməsi ilə bağlı idi. Belə ki, Azərbaycan cəmiyyətini idarə edə biləcək insanları idarəçiliyə gətirmək lazım idi. Bu prinsip Azərbaycanın bugünkü inkişafının təməlində duran əsas amillərdən biridir. Ulu Öndər, həmçinin ölkədə qanunçuluq məsələsini önə çıxardı. Təbii ki, xaos, böhran şəraitində heç bir inkişafdan danışmaq olmazdı" - deyə Ə.Həsənov vurğulayıb.

Prezidentin köməkçisi qeyd edib ki, bu gün beynəlxalq reytinq ölçən mərkəzlər Azərbaycanı rəqabət qabiliyyətliliyinə, iqtisadi inkişaf potensialına, dövlətin vətəndaşlara və biznesə qayğısına, liberallaşmaya və digər amillərə görə dünya dövlətləri arasında 35-ci yerə layiq görüb. Bu gün ali təhsilli bütün vətəndaşlar imtahan verməklə dövlət qulluğuna işə qəbul oluna bilər. Bu da sosial ədalətin bariz nümunələrindən biridir.

Xəbər 2500 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.08.2025  13:02 

Sabah hava necə olacaq?

15.08.2025  11:05 

Ukrayna Kurska hücum edib

15.08.2025  10:49 

Qəbələdə evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +