Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


25.11.2025  10:30 

Moskvada tələbə iki nəfəri yaraladı – Əslən azərbaycanlıdır – FOTO





A+  A-

Moskvada 16 yaşlı Azərbaycan əsilli yeniyetmə ticarət mərkəzinin mühafizəçilərinə və polislərə hücum edib. Hadisə noyabrın 23-də baş verib.

XəzərNews.az Bakupost.az-a istinadən xəbər verir ki, informasiya texnologiyaları kollecinin birinci kurs tələbəsi axşam namazını Orехovı bulvarındakı ticarət kompleksində qılmaq istəyib. O, alıcılara məhəl qoymadan xalçasını sərərək dua etməyə başlayıb.

Bunu görən iki mühafizəçi tələbəyə yaxınlaşaraq namazı dayandırmağı tələb ediblər. Bundan qəzəblənən gənc mühafizəçilərdən birinə bıçaqla hücum edib. İki dəfə bıçaq zərbəsi endirən tələbə hadisə yerindən qaçıb. Yaralı mühafizəçi xəstəxanaya aparılıb.

Hadisəni törədənin axtarışına başlayan polislər şübhəlini “Domodedovskaya” metro stansiyası yaxınlığında tutublar. Bu zaman yenidən bıçağa əl atan gənc 27 yaşlı polis baş leytenantını qolundan yaralayıb. Polislər cinayətkarı zərərsizləşdiriblər.

Məlum olub ki, saxlanılan şəxs əslən azərbaycanlıdır. O, bu yaxınlarda valideynləri ilə birlikdə Moskva bölgəsinə köçüb və kollecə daxil olub.



Xəbər 1331 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +