Karapetyan bu sərvəti necə qazanıb?
III qrupda keçid balları 3-5 bala qədər artacaq
Nazirlər İranı müzakirə etdilər
Naxçıvanda 2 rayona prokuror təyin olundu
Ölüm olan klinikadakı həkim qanunsuz işləyirmiş
İsrail Xameneinin bunkerinin yerləşdiyi ərazini vurur
Masaya oturmaq gec deyil - Yohan Vadephul
İlham Əliyev sabah Türkiyəyə gedəcək
Bəzi rus hərbi əsirləri dəyişdirilmək istəmir - Nazir müavini
İran kütləvi dron hücumuna başlayıb


06.08.2021  09:46 

Aİ Qazaxıstana yardım ayırdı





A+  A-

Avropa İttifaqı (Aİ) Qazaxıstanda quraqlıqdan zərər çəkənlərə dəstək olmaq üçün 200 min avro humanitar maliyyə yardımı ayıracaq.
XəzərNews.az xəbər verir ki, bu barədə Aİ-nin Qazaxıstandakı nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, Mangistau və Türküstanın quraqlıqdan ən çox təsirlənmiş bölgələrində təxminən altı min adam yardım alacaq.

Avropa İttifaqı quraqlıq nəticəsində dolanışıq və qida qaynaqlarının itirilməsindən sonra gündəlik ehtiyaclarını ödəmək üçün ən çox zərər çəkənlərə Qazaxıstanın Qızıl Aypara Cəmiyyəti tərəfindən təcili yardımın göstərilməsini dəstəkləyir.

Qeyd edək ki, bu yay güclü istilər üzündən Qazaxıstanda təbii su hövzələri və otlaqlar quruyub. Bir çox rayonlarda heyvanlar aclıqdan həlak olub. Quraqlıq, gəlir mənbəyi tamamilə heyvandarlıqdan asılı olan ölkədə təxminən 70 min insana təsir edib.



Xəbər 3416 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi

18.06.2025  12:26 

Bakıda yağış yağacaq

18.06.2025  12:22 

Vəfa Ayseli kasetlə şantaj edir?


BÜTÜN XƏBƏRLƏR +