Lavrov və Rubio arasında görüş planlaşdırılır
Pezeşkian Şahin Mustafayevi qəbul edib
Tramp Zelenski ilə görüşəcək
Prezident ABŞ-də görüşlər keçirdi - Foto/Yeniləndi
Fransa Fələstini dövlət kimi tanıyıb
Prezident və xanımı ABŞ-də -FOTO
Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov
İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı


08.06.2025  03:37 

Almaniyada yaşı 16-dan az olanlara sosial mediadan istifadənin qadağan olunması təklif edilib





A+  A-

Almaniyanın şimalındakı Şlezviq-Holşteyn torpaqlarının Baş naziri Daniel Günter yaşı 16-dan az olanlara “Facebook” və “Instagram”, həmçinin “TikTok” daxil olmaqla sosial mediadan istifadəni qadağan etməyə çağırıb.

XəzərNews.az “Report”a istinadən xəbər verir ki, bu barədə Günter “Bild am Sonntag” qəzetinə müsahibəsində deyib.

“Sosial media düzgün idarə olunmursa, uşaqları zorakılığı tərifləyən və saxta xəbərlər yayan şeylərə məruz qoyurlar. Bir ölkə olaraq biz son illər qoruyucu rolumuza həqiqətən də laqeyd yanaşmışıq. İndi paradiqma dəyişikliyinə başlamaq və 16 yaşdan kiçik uşaqların cəmiyyətimizdə həqiqətən “TikTok”dan, ümumiyyətlə sosial mediadan azad böyüməsini təmin etmək üçün mümkün olan hər şeyi etmək vaxtıdır”, - deyə o bildirib.

Siyasətçi qeyd edib ki, gənclər arasında zorakılıq hallarının sayı artır: “Bəzi hallarda 15, 16 yaşlı və daha kiçik uşaqlar başqalarına silahla hücum edir. Biz yalnız daha sərt qaydalar tətbiq etsək, buna nəzarət edə biləcəyik. Bu, azadlığın məhdudlaşdırılması deyil, tam əksidir”.

Xəbər 2443 dəfə oxunub.



23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək

22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı


BÜTÜN XƏBƏRLƏR +