Unun satış qiymətləri açıqlandı
Xocalıya köçənlərə 5 hektar torpaq veriləcək
İcra Hakimiyyəti eyni şirkətlə 3 milyonluq anlaşdı
37 yaşlı kişi qızının sinif yoldaşına təcavüz etdi
İsrail Livana qarşı hücuma keçdi
Bakının bəzi rayonlarında qaz olmayacaq
Mübariz Əhmədoğlunun israrı, Ağaye Vilayətinin etirafı...
23 yaşlı tələbə qəzada həyatını itirdi
Türkiyədə azərbaycanlı qadın uşaqlarının gözü önündə döyüldü
Keyfiyyətli dondurmanı necə seçək?


10.07.2024  16:08 

Pezeşkianı dəstəklədiklərinə görə iş adamları cəzalandırıldı





A+  A-

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində yerləşən Uryiad Moll kompleksinin onlarla mağazası bağlanıb.

Xəzərnews.az xəbər verir ki, bu barədə yerli media fəalları və iş adamları sosial media kanallarında məlumat yayıblar.

"Məsud Pezeşkianın prezident seçilməsinə görə ticarət kompleksində şənlik mərasimi keçirilib və bundan sonra hökumət qüvvələri kompleksdə yerləşən mağazaların fəaliyyətinə qadağa qoyub, mağazaların qapılarını möhürləyiblər",- məlumatda bildirilib.

Fəallar və urmulu iş adamları Məsud Pezeşkianı dəstəklədiklərinə görə, hazırda hakimiyyətdə güclü mövqedə olan Səid Cəlili tərəfdarları tərəfindən cəzalandırıldıqlarını deyiblər.

Onlar seçki qabağı təbliğat zamanı da Pezeşkianı təbliğ etdiklərinə görə təzyiqlərə məruz qaldıqları və təhdid edildiklərini bildiriblər.

Qeyd edək ki, hakimiyyətdə mühafizəkar siyasi cərəyana mənsub qüvvələr Məsud Pezeşkianın prezident seçilməsindən sonra müxtəlif təxribatlara əl atırlar.

Bir gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Pezeşkianla 1 saatlıq telefon danışğından sonra Türk Hava Yollarının İrandakı ofisi bağlanıb.

Hökumət məmurları Türk Hava Yollarının ofisnə basqın edərək məcburi hicab qaydalarının pozulduğunu deyib, işçiləri təhqir ediblər.

Ofis işçilərinin etirazlarına baxmayaraq, məmurlar onları ofisdən çıxarıb və ofisin qapılarını möhürləyiblər.

Bunun Pezeşkianın məğlub rəqibi Səid Cəliliyə yaxın radikal mühafizəkarlar tərəfindən məqsədli şəkildə edildiyini ehtimal olunur./GünazTV

Xəbər 24581 dəfə oxunub.



15.08.2025  11:05 

Ukrayna Kurska hücum edib

15.08.2025  10:49 

Qəbələdə evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +