Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


09.03.2024  12:23 

Cavanşir Məmmədov maddi durumundan şikayətlənib





A+  A-

Əməkdar artist Cavanşir Məmmədov maddi durumundan şikayətlənib. Müğənni özünün və həmkarlarının lüks həyat yaşamadığını bildirib.

Xəzərnews.az xəbər verir ki, Cavanşir Məmmədov bu barədə Amil Xəlilin aparıcısı olduğu “Gəl danış” verilişində açıqlama verib. O, sənət adamlarının kənardan göründüyü qədər təminatlı olmadığınə bildirib:

“Kənardan elə görünür ki, müğənnilər lüks həyat yaşayır. Amma belə deyil. Müğənni iki ay məhərrəmlikdə, bir ay Ramazan ayında toya getmir. Azərbaycanlılar yanvar-fevral aylarında toy etmirlər ki, soyuqdur, heç kim gəlməyəcək. Təxminən, ilin yarısını işləmirik. Müğənni haradan pul qazanmalıdır?!”

Əməkdar artist sənət adamlarını fəhlə ilə müqayisə edib və üstünlüyü ikincilərə verib:

“Fəhlə hər gün işləyir, müğənni isə bəzən aylarla işsiz qalır. Ustanın yanına gedirsən ki, bu əşyanı düzəlt. Deyir ki, gözlə, yemək yeyirəm, çay içirəm. Amma müğənni bunu deyə bilmir. O, toy başlayandan qutarana kimi oxumalıdır”.

Verilişin aparıcısı Amil Xəlil əməkdar artistin bu sözlərinə etiraz edib. Aparıcı ölkədə hamının bir-birini yaxşı tanıdığını, kimin necə dolandığının hər kəsə bəlli olduğunu deyib. //yenisabah

Xəbər 2305 dəfə oxunub.




10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +