Silah anbarında partlayış...-Ölənlər var
Moskvada avtomobil izdihamın üzərinə sürən şəxs saxlanılıb-YENİLƏNİB
ABŞ-dən Ukraynaya 500 milyon dollarlıq hərbi yardım
İsrail atəşə tutuldu
Özgür Özelin barəsində istintaq başladılıb
Rusiyanın hərbi təyyarəsi İrəvana endi
Tovuz döyüşlərindən beş il ötür
Zelenski xarici hərbi yardımın çatdırılmasından danışıb
HƏMAS-ın hərbi-dəniz xüsusi təyinatlılarının 6 komandiri öldürülüb
Anar Abdullayev həbs olunub


24.08.2022  18:11 

Müharibə iştirakçısını aldadan polis həbs edildi





A+  A-

Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvətverməyə təhrik əməllərində təqsirli bilinən polis əməkdaşına hökm oxunub.

Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin Təminat qrupunun polis nəfəri, sürücü-polis serjantı, 1984-cü il təvəllüdlü Tacəddin Hüseynov Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilib. Məhkəmənin hökmü ilə ona 7 il 6 ay müddətə həbs cəzası verilib.

Araşdırmalar zamanı məlum olub ki, Tacəddin Hüseynov vəzifəsindən sui-istifadə edərək 2020-2021-ci illərdə çoxsaylı vətəndaşları aldadaraq onların külli miqdarda vəsaitini ələ keçirib. Onun barəsində hüquq-mühafizə orqanlarına müraciətlər daxil olduqdan sonra, ötən ilin sonunda “Daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin tələbinə uyğun olaraq xidmətdən xaric edilib və bir ay sonra – bu ilin yanvarında həbs edilib.

Məhkəmədə məlum olub ki, T. Hüseynov daxili işlər orqanlarında işləmək istəyən müxtəlif şəxslərə və onların yaxınlarına yalan vəd verərək 15 nəfərə yaxın şəxsin külli miqdarda pulunu ələ keçirib. O, həmçinin quldurluq əməlinə görə tutulmuş Orxan Həsənovun atasından oğlunu həbsdən buraxdıracağı vədi ilə 13 min manat alaraq mənimsəyib.

Zərərçəkənlər arasında bir neçə Vətən müharibəsi iştirakçısı da olub. Belə ki, Tacəddin Hüseynov polis orqanlarında işəgötürülmə prosesi zamanı müharibədə iştirak edilmiş şəxslərə üstünlük verildiyini bildirərək bir neçə müharibə iştirakçısını da aldadaraq pullarını alıb. O, vəd verdiyi şəxslərin Gəncə şəhər Baş Polis İdarəsinə, həmin idarənin İctimai Təhlükəsizlik İdarəsinin TŞ kameralarına nəzarət bölməsinə və sair yerlərdə serjant kimi işlə təmin ediləcəyini bildirib. Bir çox şəxsə isə özünü yalandan polis kapitanı kimi təqdim edərək Kadrlar Şöbəsinin rəisi olduğunu bildirib.

O da qeyd edilib ki, T. Hüseynov 2008-ci ildən daxili işlər orqanlarında çalışıb, 2017-ci ildən 2021-ci ilədək Gəncə şəhər BPİ-nin MSY-də, 2021-ci ilin mart ayından isə sonuncu vəzifəsində xidmət edib. O, məhkəmədəki ifadəsində törətdiyi əməlləri qismən etiraf edib və vətəndaşlardan ümumilikdə 38 min manat alaraq qaytarmadığını bildirib. Təqsirləndirilən şəxs ələ keçirdiyi pulları şəxsi ehtiyacına və övladının müalicəsinə xərclədiyini deyib./“Qafqazinfo”

Xəbər 2959 dəfə oxunub.




12.07.2025  00:30 

İsrail atəşə tutuldu

12.07.2025  00:25 

Cəlilabadda yaşayış evi yanıb

11.07.2025  23:25 

Dənizdə batan şəxs xilas edildi

11.07.2025  22:58 

Anar Abdullayev həbs olunub

11.07.2025  17:06 

Güclü, amma “səssiz“ OLİQARX

11.07.2025  16:28 

Rusiya PUA-sı Litvada vurulub?


BÜTÜN XƏBƏRLƏR +