Silah anbarında partlayış...-Ölənlər var
Moskvada avtomobil izdihamın üzərinə sürən şəxs saxlanılıb-YENİLƏNİB
ABŞ-dən Ukraynaya 500 milyon dollarlıq hərbi yardım
İsrail atəşə tutuldu
Özgür Özelin barəsində istintaq başladılıb
Rusiyanın hərbi təyyarəsi İrəvana endi
Tovuz döyüşlərindən beş il ötür
Zelenski xarici hərbi yardımın çatdırılmasından danışıb
HƏMAS-ın hərbi-dəniz xüsusi təyinatlılarının 6 komandiri öldürülüb
Anar Abdullayev həbs olunub


09.04.2025  11:39 

Arvadı kokteylə 70 min ödəyir, şirkəti isə uşaq ölümünə görə təzminatı ödəmir





A+  A-

“Aztikintiyol”a qarşı qərarın qəbulundan 1 il 4 ay vaxt keçir, amma şirkət qərarı icra eləmir”.

Şabran sakini olan Məmmədtağıyevlər ailəsi bir neçə il əvvəl Bakı-Qazax magistral yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində ağır qəzaya düşüb.

XəzərNews.az "Müsavat"a istinadən xəbər verir ki, qəza nəticəsində 34 yaşlı Mehrab Məmmədtağıyev, onun həyat yoldaşı 28 yaşlı Ofelya Məmmədtağıyeva, onların 7 və 6 yaşlarında iki qızları yaralanıb, Yusif adlı 8 aylıq daha bir övladları isə qəza zamanı ölüb.

Mehrab Məmmədtağıyev idarə etdiyi “VAZ-2107” markalı avtomobili nasazlığa görə yolun kənarında saxlayıb. Bu zaman ətrafda iki yük maşını – Müstəcəb İsgəndərovun idarə etdiyi “MAN”la Niyaməddin Kərimovun sürdüyü “KamAZ” toqquşub. Zərbənin təsirindən “KamAZ” gəlib içində ailənin olduğu avtomobilə çırpılıb. Nəticədə Məmmədtağıyevlər ailəsinin başına belə bir faciə gəlib.

Araşdırmalardan sonra istintaqçılar belə nəticəyə gəlib ki, qəzanın baş verməsinə görə təqsirkar Müstəcəb İsgəndərovdur. O, cinayət məsuliyyətinə cəlb edilib. Onun idarə etdiyi yük maşını isə “Aztikintiyol” MMC-yə məxsus olub. Hadisə də şirkətin yükünü daşıdığı vaxt baş verib.

Bu üzdən Ofelya Məmmədtağıyeva şirkətə qarşı təzminat tələbilə iddia qaldırıb. Zərərçəkmiş deyir ki, qəza nəticəsində onun ailəsinə həm maddi, həm də ağır mənəvi zərər dəyib, övladını itirib. Buna görə isə sürücü ilə yanaşı, şirkət də məsuliyyət daşıyır.
Onun sözlərinə görə, “Aztikintiyol”a qarşı 40 min manat təzminat tələbilə məhkəmədə iddia qaldırıb. Lakin məhkəmə onun iddiasını qismən təmin edib. Şirkətin üzərinə zərərçəkmiş ailəyə 8 min manat təzminat ödəmək öhdəliyi qoyub:

“Bu qərarın qəbulundan bir il dörd ay vaxt keçir, amma indiyə qədər icra olunmayıb. Kağız üzərində qalıb. Şirkət bu kiçik məbləğdə təzminatı də ödəmək istəmir. Dəfələrlə qərarın icrası üçün məhkəmə icraçılarına da müraciət olunub. Onlar da deyir ki, bu şirkətlə bağlı başqa məhkəmə qərarları da var. O qərarlar da icrasını gözləyir. Bu, nə deməkdir? Vəkillərlə məsləhətləşmişik, deyirlər ki, insanların həyatı, sağlamlığıyla bağlı məsələlərə üstünlük verilməlidir”.

O da məlum olub ki, şirkətin nümayəndəsi təzminat tələbilə qaldırılmış məhkəmədə də iştirak etməyib və bu prosesə etiraz da göndərməyib.

Baş Dövlət Yol Polisi İdarəsinin məktubuna əsasən, “Aztikintiyol” MMC-nin mülkiyyətində 85 nəqliyyat vasitəsi və yarışqoşqular var.



“90-a yaxın maşını olan şirkət 8 min manatı ödəyə bilmir? Ya da ödəmək istəmir”, – şikayətçi deyir.

“Aztikintiyol” MMC 29 mart 2010-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi Mənüçöhr Əhədpur Xangah Əli oğludur. İran əsilli Əhədpur Xangah tanınmış iş adamıdır. Onun şirkəti uzun illərdir Azərbaycanda tikinti sahəsində milyonlarla dəyəri olan dövlət layihələrinin icrasını həyata keçirib.

Əhədpur Xangahın xanımı isə azərbaycanlı model Diana Əhədpurdur. Diana Əhədpurun dünən Dubayda iştirak etdiyi restoranların birində spirtli içkilərdən hazırlanan bir qədəh kokteyli hərracda 70 min manata almağı ilə gündəmə gəlmişdi.

Məmmədtağıyevlər hərbçi ailəsidir, zaman-zaman müxtəlif bölgələrdə yaşayıblar. Mehrab Məmmədtağıyev Vətən müharibəsi iştiraçısıdır.

Qeyd etdiyimiz kimi adı çəkilən şirkət illərdir Azərbaycanda milyonlarla manat dəyəri olan layihələri icra edib. Hazırda şirkətin balansında milyonlarla manat dəyəri olan əmlakı, texnikası, nəqliyyat vasitələri var. Amma şirkət Azərbaycanda çıxarılan məhkəmə qərarını icra etmir. Heç məhkəməyə nümayəndə də göndərmir.

Maraqlıdır ki, icra orqanları məhkəmənin qanuni qüvvəyə minmiş qərarını niyə icra etmir? 2 ilə yaxın bir vaxt keçdiyi halda şirkət niyə heç bir məsuliyyətə cəlb edilməyib? Bununla bağlı rəsmi qurumlara sorğu ünvanlamışıq. Sorğunun cavabını da dərc edəcəyik.


Xəbər 3843 dəfə oxunub.




12.07.2025  00:30 

İsrail atəşə tutuldu

12.07.2025  00:25 

Cəlilabadda yaşayış evi yanıb

11.07.2025  23:25 

Dənizdə batan şəxs xilas edildi

11.07.2025  22:58 

Anar Abdullayev həbs olunub

11.07.2025  17:06 

Güclü, amma “səssiz“ OLİQARX

11.07.2025  16:28 

Rusiya PUA-sı Litvada vurulub?


BÜTÜN XƏBƏRLƏR +