Rus bölmələri bağlanmayacaq - Nazir
Diaspor rəhbərimiz Rusiyadan deport olundu
Vəkil “Atəşgah” sığortadan narazıdır
Rusiyada işləyən azərbaycanlı 10 gündür YOXA ÇIXIB
Qazanan sığortaçılar, sürünən sürücülər...
56 min müəllimin əmək haqqı artırılıb
Rusiyanı parçalamaq prosesi başladı
AP Gürcüstanda yeni seçkilər tələb edir
Kiyevə gecə hücumu: İki qadın həlak olub
8 min müəllim işdən çıxarıldı


25.05.2023  10:14 

Azərbaycan və Naxçıvandan bəzi millət vəkilləri İğdıra gəlib Ərdoğana səs istəyirlər - CHP millət vəkili





A+  A-

Türkiyədə keçiriləcək prezident seçkilərinin ikinci turu üçün İğdıra gedən CHP Ankara millət vəkili Yıldırım Kaya Azərbaycan və Naxçıvandan bəzi millət vəkillərinin şəhərə gələrək prezident Rəcəb Tayyib Ərdoğana səs istədiklərini iddia edib.

XəzərNews.az sözcü-yə istinadla xəbər verir ki, bu vəziyyətə reaksiya verən Kaya "Türkiyənin daxili işlərinə qarışmaq bizim qardaşlığımıza yaraşmır" deyib.

Prezident seçkilərinin ikinci turu üçün Ağrı və İğdırda seçicilərlə görüşən CHP Ankara millət vəkili Yıldırım Kaya əlavə edib:

“İğdırdan olan vətəndaşlarımızdan öyrəndim ki, Azərbaycan və Naxçıvandan bəzi millət vəkilləri İğdıra gəlib Rəcəb Tayyib Ərdoğana səs istəyərək seçkiyə müdaxilə ediblər. Türkiyənin daxili işlərinə qarışmaq bizim qardaşlığımıza yaraşmır.

Azərbaycanlı qardaşlarımız öz ölkələrinin siyasətçilərinə dəstək versinlər. Türkiyənin daxili işlərinə bu qədər qarışmağa ehtiyac yoxdur.

Hollandiyada da, Almaniyada da 2018-ci il seçkilərində fəsadlar törədirdin, Rəcəb Tayyib Ərdoğan, niyə indi Azərbaycandan, Naxçıvandan deputatlar gətirib buradan səs istəyirsən, ayıb deyilmi? 28 mayda nə etsəniz, Kamal Kılıçdaroğlu qalib gələcək”.



Xəbər 2863 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.07.2025  10:35 

Neftin qiyməti 76 dolları keçdi

09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi


BÜTÜN XƏBƏRLƏR +