Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


16.02.2023  15:36 

Avropa İttifaqı sərhəddə Almaniya polisini cəlb edəcək?





A+  A-

Xəbər verdiyimiz kimi, Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədinə göndərəcəyi missiyaya Almaniya polisini də cəlb edəcək.

Məlumata görə, missiyasının tərkibində 70 fransalı jandarmla yanaşı, 15 alman polis də olacaq. Bu isə bir daha sözügedən missiyanın mülki deyil, hərbi xarakter daşıdığına dəlalət edir.

XəzərNews.az xəbər verir ki, mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən politoloq Fikrət Sadıxov deyib ki, bu addım regionda sülhə deyil, gərginliyə səbəb ola bilər:

"Düzdür, missiya bizim deyil, Ermənistanın ərazisində yerləşəcək. Amma əlbəttə ki, biz bunu razılıqla qarşılaya bilmərik. Missiyada hərbçilərin sayının artması yeni gərginliyə səbəb ola bilər. Fransa jandarmlarından sonra Almanya polislərinin missiyaya əlavə olunması danışıqların vaxtını uzadacaq. Halbuki onlar daim danışıqlardan dəm vururlar.

"Azərbaycan və Ermənistan stol arxasına əyləşməlidir" deyirlər. Amma özləri buna əməl etmirlər".

F.Sadıxov qeyd edib ki, Avropa Rusiyanın zəifləməsindən istifadə edərək burda öz mövcudluğunu təsdiq etmək, regiona daxil olmaq istəyir:

"Bu müəyyən mənada gözlənilməyən bir faktdır. Amma Rusiyanın başının qarışdığını nəzərə alaraq bura müdaxilə edirlər. Əgər onlar sülh prosesinə hansısa müsbət çalar gətirə bilsəydi, buna etiraz etmək səbəbimiz olmazdı. Amma onların missiyasının məqsədi burda vəziyyətə nəzarət etmək, öz mövcudluğunu təsdiqləmək, Rusiyanın təsirini azaltmaqdır”.

Xəbər 2740 dəfə oxunub.




08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +