Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi


08.01.2023  21:20 

Zavallı erməni tipi...





A+  A-

İstər Xankəndidə, istərsə də Ermənistanın sərhəd bölgələrində bu cür yazıq, zavallı ermənilər çoxdur.

Sonda bəziləri dözmür, Azərbaycan əsgərinin, bizim sərhədçilərin mərhəmətinə pənag gətirirlər. Bu fotoşəkildə gördüyünüz erməni də ənənəvi erməni millətçiliyinin, erməni separatçılığının girovuna çevrilmiş bədbəxtlərdən biridir.

Yerli KİV-imizin bildirdiyinə görə, bir neçə gün bundan əvvəl Xankəndi istiqamətindən gələn bu mülki erməni Azərbaycan Ordusunun postlarının birinə yaxınlaşaraq əsgərlərimizdən kömək istəyib, ac olduğunu, üşüdüyünü və siqaret istədiyini bildirib.

Bizim əsgərlər bu erməni ilə humanist davranıblar. Ona yemək, siqaret verilib, qayğı ilə yanaşılıb. Və bu gün həmin mülki erməni Laçın yolunda Rusiya sülhməramlılarına təhvil verilərək, Xankəndiyə yola salınıb.

Bu davranışımız bir daha kimin kim olduğunu göstərir. Azərbaycanlı əsirlərə, girovlara, yolu azaraq erməni tərəfə keçənlərə hər cürə işgəncə verən ermənilərdən fərqli olaraq biz bu cür şəxslərə qarşı heç vaxt faşist kimi davranmamışıq.

Bu erməniyə də bizim insani kimliyimiz, milli xarakterimiz zatən öncədən bəlli imiş. O bilirmiş ki, azərbaycanlılara güvənmək olar. Əslində bunu bütün ermənilər bilir. Hətta ən qatı erməni millətçiləri də bizim comərd xarakterə, sülhsevər ruha malik olduğumuzu yaxşı bilirlər. Lakin bütün bunları etiraf etmək onların "biznes"inə və siyasi oyunlarına son qoya bilər deyə, ənənəvi düşmənçiliyi davam etdirməyə, uydurma "erməni soyqırımı" mifindən hələ də yararlanmağa davam edirlər.

Biz bu erməniyə qarşı qayğıkeş davranışımızı bizi erməniləri "blokada"ya almaqda, "humanitar fəlakət" yaratmaqda ittiham edən beynəlxalq təşkilatların və xüsusən də Fransanın ermənipərəst sənət adamlarının, ziyalılarının, parlamentarilərinin və partiya sədrlərinin gözlərinə soxmalıyıq.

Ümumiyyətlə isə, Xankəndini Araik Arutyunyan, Ruben Vardanyan,. David Babayan kimi quldur separatçılardan təmizləyə bilsək, oradakı mülki ermənilərin əksəriyyəti gəlib Azərbaycan əsgərinin əlindən öpəcəklər.

Bəybala Mirzəyev

Xəbər 2376 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +