Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi


12.11.2022  12:23 

“Məndən gizlədə-gizlədə şeir də yazırdı” - Sabir Rüstəmxanlı





A+  A-

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı bacısının vəfatı ilə bağlı ona başsağlığı verən insanlara təşəkkür edib. S.Rüstəmxanlı həmçinin dünyasını dəyişən Səmayə xanımla bağlı düşüncələrini paylaşıb.

XəzərNews.az S.Rüstəmxanlının həmin yazısını təqdim edir:

Bacım Səmayənin vəfatı münasibəti ilə baş sağlığı verən, acımızı paylaşan bütün dostlarımıza, qohumlarımıza, həmkarlarıma və tanış- bilişə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Səmayə bizim kənddən ilk ali təhsil alan qız idi. Müşfiqabadın təməli qoyulandan ailəsi ilə orda yaşamışdı. Bağça müdirəsiydi. Məndən gizlədə-gizlədə şeir də yazırdı. Bu şeirlər onun yüksək imanının, Tanrıya bağlılığının, yurd sevgisinin və milli-mənəvi dəyərlərə verdiyi qiymətin ifadəsi idi. İllər öncə rayon məktəblilərinin toplantılarında mənim şeirlərimi cingiltili bir səslə deyən gözəl bacımın həyəcandan qızarmış üzü və iri gözləri ürəyimin bir küncündə, ölüm sözündən çox-çox uzaqda dıp-diri yaşayır.

Özündən kiçik bacı-qardaşlarımızın tələbkar dayəsi və köməkçisi olması haqda şirin xatirələri vardı. Ailəmizin canlı yaddaş dəftəri idi. Ata-anamızla, kəndlə, gəncliyimizlə bağlı unutduqlarımızı ondan soruşurduq...

Hamımızın gedəcəyimiz yerə getdi. Çox sevdiyi Allahına qovuşdu. Onun və dünyasını dəyişənlərimizin ruhları şad olsun.

Bir daha bütün baş sağlığı verənlərə və mənim xəstəliyimlə bağlı narahat olanlara dərin minnətdarlığımı bildirirəm.

Hamınıza Allahdan cən sağlığı arzulayıram.

Var olun.

Xəbər 2426 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +