Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi


12.11.2022  12:14 

FHN “8-ci km Bazarı”nda əməliyyat keçirdi - Video





A+  A-

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakıda “8-ci km Bazarı” kimi tanınan “Vüqar-2” ticarət mərkəzində yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların aradan qaldırılmadığı müəyyən edilib.

XəzərNews.az FHN-in Mətbuat Xidmətinə istinaən xəbər verir ki, xəbərdarlıq edilməsinə baxmayaraq, yoxlamalar zamanı məlum olub ki, mərkəzdə:

- ticarət mərkəzi yanğın su hovuzu ilə təmin edilməyib, habelə ərazidə daxili yanğın su kranları quraşdırılmayıb;

- obyektin elektrik təchizatı və elektrik qurğuları “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, habelə ümumi elektrik təsərrüfatına və elektrik qurğularına profilaktik baxış keçirilməyib və nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülməyib;

- obyektdə standarta uyğun olmayan elektrik qızdırıcı cihazlarından istifadə edilir;

- bir çox satış sahələrinin divarları və tavanı tezalışan çadır tipli materiallarla örtülüb;

- ticarət mərkəzi ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib;

- piştaxtalar olan cərgələrdə, habelə ərazidə saxlanılan avtomobillər arasında ara məsafəsi gözlənilməyib və təxliyə yollarında sərbəst hərəkət məhdudlaşdırılıb;

- ticarət mərkəzinin perimetri boyunca vətəndaşların küçə ticarəti ilə məşğul olması səbəbindən yanğın avtomobillərinin ticarət mərkəzinə yaxınlaşması məhdudlaşdırılıb.



Bununla yanaşı, ticarət mərkəzinin ərazisində aidiyyəti dövlət qurumları, o cümlədən Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmadan motelin (mehmanxana) fəaliyyət göstərdiyi və orada aşağıdakı ciddi qayda pozuntuları aşkar edilib:

- motel binası tüstüyə qarşı müdafiə sistemləri ilə təmin olunmayıb;

- bina avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu ilə tam təmin olunmayıb və işlək vəziyyətdə deyil;

- standartlara uyğun olmayan istilik sistemindən istifadə edilir;

- bina ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib;

- ümumi elektrik təsərrüfatına və elektrik qurğularına profilaktik baxış keçirilməyib və nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülməyib;

- təxliyə yolları yanğın təhlükəsizliyi tələblərinə cavab vermir;

- motel otaqları yanar materiallarla üzlənilib.

Qeyd olunanları nəzərə alaraq, verilmiş tələbnamənin yerinə yetirilməməsinə görə ticarət mərkəzinin yanğın təhlükəsizliyinə qarşı cavabdeh şəxsi – Həsrətov Həsrət Tənzil oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 536.1-ci maddəsinə əsasən inzibati xəta haqqında növbəti protokol tərtib edilib, nöqsanların aradan qaldırılması üçün sahibkara təqdimat ünvanlanıb və sənəd ticarət mərkəzinin nümayəndəsinə təqdim olunub. Yanğına qarşı aşkar edilmiş qayda pozuntuları aradan qaldırılmadığı təqdirdə qanunvericiliyə uyğun daha ciddi tədbirlərin tətbiq ediləcəyi sahibkarın nəzərinə çatdırılıb.



Xəbər 2415 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +