Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


14.07.2022  22:05 

Qazılər özlərini yandırır, ziyalılar Vaqifə Bayram edirlər...





A+  A-

Son bir ildə - post-müharibə dövründə 35 qazi intihar edib, veteranlar arasında 55-dən çox intihara cəhd var: dövlətin puluyla - bizim sizinlə birlikdə büdcəyə ödədiyimiz vergilərlə tanınan ziyalılar ağzına su alıb.

Bir kəlmə danışmadıqları halda, Şuşada yazıçı-şairlər üçün erməni Xuramana aşiq olmuş Vaqifə bayram keçirən məmurların Ali Baş Komandana göstərdikləri saxta "Ayı xidməti"di bu, bəlkə də pulsilmək aksiyasını necə dəyərləndirək?!

P.S. Baxmayaraq ki, orada dəyərli insanlar da getmişlər, millət, şairlərdən ağı-mərsiyə gözlədiyi bir vaxtda, bu çal-oynamağı, şeirbazlığı, məgər, ertələyib payıza saxlamaq olmazdı?!



General Poladın şəhadəti günü, 3 mindən çox şəhidin qanı qurumamış Şuşa torpaqlarında qol açıb oynayanda, ürəyiniz ağrımadımı, cənablar?!

Məncə, heç vecinizə deyildi, çünki mütləq əksəriyyətinin doğma övladı bir tərəfə dursun, hec yaxınları II Vətən müharibəsində igidlik göstərib şəhid olmadı, yaralanıb qazıyə çevrilmədi.

Bəzi məmurların altdan-alta pul sayaraq onları intihara sürükləməyi sizin ürəyinizi sizıldada ki, kədərinizi qələmə, sözə çevirməyə həvəsiniz oyana...

Aydın Xan



Xəbər 3095 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +