Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


13.06.2022  04:06 

Şamaxı-Bakı yolunda ağır yol qəzası - Foto





A+  A-

Şamaxı-Bakı yolunda sərnişin avtobusunun qəzaya düşməsi nəticəsində xəsarət alan məktəblilərə ilkin tibbi yardım göstərilib və onlar tibb müəssisələrinə yerləşdirilib.

XəzərNews.az xəbər verir ki, ilkin məlumata görə ağır xəsarət alanların olmadığı bildirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi müvafiq qurumlarla birgə xəsarət alanların vəziyyətini nəzarətdə saxlayır.
Qəzaya düşən avtobusdakı sərnişinlərin Bakı şəhəri 279 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdləri, müəllim və bir qrup valideyndən ibarət olduğu bildirilir.

Məktəb rəhbərliyinin verdiyi məlumata əsasən, şagirdlərin səfəri valideynlərin təşəbbüsü ilə birgünlük gəzinti-istirahət məqsədilə təşkil olunub.

10 nəfərə ilkin təcili tibb yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb. Vəziyyəti ağır olan 1 nəfər bud-çanaq oynağının sınığı diaqnozu ilə Bakıya göndərilib.

2 nəfər orta ağır vəziyyətdə Qobustan Mərkəzi Xəstəxanasına daxil olub, oradan isə Bakıya göndərilib. Onlardan birinə bazı sümüyü cisminin sınığı, digərinə bud sümüyünün dəqiqləşdirilməmiş sınığı diaqnozu qoyulub.

Xəbər 3205 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +