Qazanan sığortaçılar, sürünən sürücülər...
56 min müəllimin əmək haqqı artırılıb
Rusiyanı parçalamaq prosesi başladı
AP Gürcüstanda yeni seçkilər tələb edir
Kiyevə gecə hücumu: İki qadın həlak olub
8 min müəllim işdən çıxarıldı
“Aeroflot“ Tehrana bütün reyslərini ləğv edib
Liderlərin Əbu-Dabi görüşünə kimlər qatılıb?
Quyudan su götürmək istəyərkən öldü
Neftin qiyməti 76 dolları keçdi


08.04.2022  11:53 

“Dedim ki, bu, nə insanlığa, nə də kişiliyə yaraşır” - Ceyhun Musaoğlu





A+  A-

Missiya TV-də yayımlanan “Qaranlıq məsələ” verilişinin qazi adından sui-istifadə edənlərə həsr olunmuş son buraxılışında səsləndirilmiş fikirlər erməni əsirliyindən xilas edilmiş Şahbaz Quliyevin etirazına səbəb olub.

XəzərNews.az xəbər verir ki, o, verilişin aparıcılarından biri, Jurnalist Ekspert Mərkəzinin rəhbəri Ceyhun Musaoğluna zəng edərək təhdid və təhqir edib:

“Axşam saatlarında tanımadığım nömrədən zəng gəldi. Telefonu açan kimi bildirdi ki, o nə sözlərdir sən danışırsan? Şahbaz danışan zaman onun yanında qadın da var idi və hiss olunrdu ki, həmin qadın da ona məsləhətlər verir. Təhqiredici sözlər dilə gətirdi. Təbii ki, bunun qarşılığı olaraq cavabını da aldı. Ünvanımı belə ona söylədim ki, gəl görüşək və nəyə etirazın varsa bildir, biz də bunu yayaq. Lakin bununla da razılaşmadı və tərbiyəsizliyini davam etdirdi. Ona dedim ki, sənin nahaqdan keçirdiyin aksiyadan sonra ermənilər dövlətimizi aşağılamağa başlayıblar. Hətta onu da dedim ki, danışıq tərzi nə qədər səviyyəsiz adam olduğunu göstərir. Səni cəhənnəmdən xilas edən dövləti həmin cəhənnəmi yaradanlar qarşısında aşağılayırsan. Ona dedim ki, bundan rəzil hərəkət ola bilməz. Bu, nə insanlığa, nə də kişiliyə yaraşır”.

Xəbər 3248 dəfə oxunub.




10.07.2025  10:35 

Neftin qiyməti 76 dolları keçdi

09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +