HƏMAS və İsrail arasında razılaşma əldə etmək vaxt aparacaq
Azərbaycandakı rus icması Bakını seçdi – Primakovdan etiraf
Rusiyalı nazir Heydərovla görüşdə Putindən nə çatdırdı?
Yekaterinburqda azərbaycanlılara qarşı növbəti TƏXRİBAT
Hansı şagirdlərə pulsuz məktəbli formaları veriləcək?
Bakıda qadının evindən 10 kq narkotik aşkarlandı
DTX müdaxilə etdi, təhlükənin qarşısı alındı
Prezident yeni təyinat sərəncamı imzaladı
Kanalda batan Nihad 11 gündür tapılmır - Atasından müraciət
Putinin generalı Kəmaləddin Heydərovla görüşdü


01.02.2022  18:02 

Deputatın kürəkəni ilə bağlı 2 milyonluq qalmaqal - Təfsilat





A+  A-

Xətai Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin keçmiş əməkdaşı 2 milyonluq dələduzluqda suçlanır. Bakı Ağır Cinayətlər Məhkəməsində mühakiməsi başlanan Elvin Həşimli həbsdə deyil. İstintaq və məhkəmə dövrü üçün onun barəsində başqa yerə getməməyə dair iltizam növündə qətimkan tədbiri seçilib.

Həşimlinin işində zərərçəkmiş qismində tanınan da elə onun öz tanışı Möhkəm Səmədovdur. Cinayət işinin materiallarında iddia olunur ki, sabiq polis əməkdaşı birgə biznes adıyla tanışının pulunu alıb və qaytarmayıb.

Yatırım hara gedib?

Birinci dəfə siqaret satışından gəlir əldə etmək adıyla Möhkəm Səmədovdan 110 min manat pul alınıb. Aylıq qazanc olaraq, birinci dəfə ona 7 min 500, ikinci dəfə isə 10 min 200 manat pul verilib.

İş materiallarına əsasən, daha sonra Həşimli mobil telefon mağazası açmaq adıyla tanışı Səmədovdan 500 min manat da alıb. Növbəti ayda həmin puldan 9 min 600 manat ona qazanc verib.

Növbəti mərhələdə isə Səmədov avtomobil ehtiyat hissələrinin satışı üçün iki dəfəyə ümumilikdə 200 min dollar və 59 min 500 manat pul yatırıb. Bir ay sonra tanışı Həşimi bu işə görə ona 10 min 600 manat qazanc verib.

Zərərçəkmiş qismində tanınan Səmədovun sözlərinə görə, Həşimli deyib ki, əgər yatırılan vəsait artırılarsa, qazancın da məbləği arta bilər. Ona görə bu işə daha 90 min dollar yatırıb.

İddiaya görə, son nəticədə tanışı Həşimli ilə ümumi işlərə cəmi 2 milyon 539 min manat pul yatırıb. Təxminən 480 min manat da qazanc götürüb. Qalan vəsaiti ələ keçirməkdə suçlanan Həşimliyə qarşı CM-in 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

"Sonra uğursuzluq olub"

Həşimli dələduzluq ittihamını qəbul etmir. Deyir ki, bu işdə söhbət dələduzluqdan yox, uğursuz biznesdən gedə bilər: "Birgə biznes olub, qazanc olanda bölünüb. Sadəcə, sonra uğursuzluq olub. Mənim heç kimə qarşı dələduzluq etmək niyyətim olmayıb, yoxdur. Pulu da qaytarmağa çalışıram".

Bu cinayət işi üzrə məhkəmə araşdırmaları fevralın 2-də davam edəcək.

Elvin Həşimlinin atası Elçin Həşimov Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisidir. Mediada yayılan məlumatlara görə, Həşimli, eyni zamanda, deputat Elman Məmmədovun kürəkənidir.

Zərərçəkmiş Səmədov müxtəlif qurumlara şikayətlərində təqsirləndirilən şəxsin həbsini tələb edir. O iddia edir ki, Həşimli atası və qayınatasının sayəsində azadlıqdadır./AzadlıqRadiosu

Xəbər 2897 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı

08.07.2025  10:59 

Rusiyadan daha bir TƏXRİBAT

08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib


BÜTÜN XƏBƏRLƏR +