Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


21.12.2021  13:31 

Ata Abdullayevə 9 il tələb olunur





A+  A-

Ata Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.

XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dekabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən iclasda məlum olub ki, Ata Abdullayev 2004-cü ildə Nəsimi rayon Məhkəməsi tərəfindən hərbi xidmətdən yayındığına görə məhkum edilib. 2014-cü ildə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə oğurluq və kompüter sisteminə qanunsuz daxil olmada təqsirli bilinib. Bank kartlarından onlayn qaydada pul çəkdiyinə görə MTN əməkdaşları tərəfindən həbs edilib və məhkəmədə 7 il şərti cəza alıb.

Ata Abdullayev çıxışında deyib ki, onun zərərçəkmiş kimi tanınan adamlardan pul tələb etməyinə dair fakt yoxdur:

“Mən heç kimi hədələməmişəm. Tapançanı televizorda görmüşəm. Fakt ortaya qoyulsa ki, mən deyildiyi kimi Elmar Əliyevdən hədə-qorxu ilə telefon almışam, evimi satıb 100 min ödəməyə hazıram. Dostlarım var ki, mənə görə ölümə hazırdılar. Ortaya sübut qoyulsun, bir telefon əvəzinə dördünü qaytarım.

2009-cu ildə Neft Akademiyasındakı terror zamanı binaya birinci daxil olan mən olmuşam. Yaralıların, meyitlərin daşınmasına kömək eləmişəm. Hüquq-mühafizə orqanlarına da birinci mən məlumat vermişəm. Əgər mən olmasaydım, orada ölənlərin xeyli çox olardı”.

Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Dövlət ittihamçısı Ata Abdullayevin Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4 maddələri ilə təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilməsini təklif edib.

Proses dekabrın 28-də davam etdiriləcək.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən həbs olunan Ata Abdullayevin cinayət işi üzrə 4 zərərçəkmiş var. Bloqer onlardan hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilir.

Xəbər 3178 dəfə oxunub.



08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +