Tramp: ABŞ Ukraynaya silah verəcək
Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb


30.11.2021  09:29 

Rəşad Məcid yüksək mükafata layiq görülüb





A+  A-

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Türk Ədəbiyyatı Vəqfinin 2021-ci il üçün “Türk Dünyasına Üstün Xidmət” mükafatına layiq görülüb.

XəzərNews.az xəbər verir ki, vəqfin başqanı Sərhat Kabaklının bu barədəki açıqlamasında Rəşad Məcidin həm Azərbaycan, həm də Türk dünyasında gənc ədiblərin yetişməsinə önəmli töhfələr verməsi, şeir, hekayə janrında yazdığı əsərlərinin onlarla dilə tərcümə olunması, xüsusən, publisistik yazılarıyla Türk dünyasının fərqli problemlərini diqqət mərkəzinə çəkməsi üstün cəhətlər kimi vurğulanır. Həmçinin bildirilir ki, R.Məcid özünün yüksək təşkilatçılığı ilə Azərbaycanın və AYB-nin Türk dünyasının ədəbi mərkəzlərindən birinə çevrilməsində mühüm rol oynayıb, onun rəhbərlik etdiyi “525-ci qəzet”də bu istiqamətlər hər zaman xüsusi yer tutub.

Qeyd edək ki, R.Məcid son 30 ildən artıq bir müddətdə təkcə Türkiyədə deyil, Krımda, Qaqauz elində, Orta Asiya ölkələrində, eləcə də dünyanın digər bir sıra bölgələrində yaşayıb-yaradan türkdilli ədəbiyyat və mədəniyyət xadimlərilə sıx yaradıcı təmaslar qurub. Onların Azərbaycanda tanıdılması, bir çoxunun fəaliyyətinin, əsərlərinin ölkəmizdə ilk dəfə nəşri və təbliği işinə dəyərli töhfələr verib. Türk Ədəbiyyatı Vəqfi, Avrasiya Yazarlar Birliyi, Türkiyə Elmi və Ədəbi Əsər Sahibləri Məslək Birliyi (İLESAM) və digər qurumlarla əməkdaşlığı sayəsində R.Məcid həm də Azərbaycan ədəbiyyatının, mədəniyyətimizin Türk dünyasında təbliği naminə ciddi işlər görüb.

R.Məcidin yaradıcılığı Türkiyə ədəbi mühitində diqqət və maraqla izlənilir. 2016-cı ildə Ankarada Avrasiya Yazarlar Birliyinin təşkilatçılığı ilə R.Məcidin türk dilində nəşr olunmuş "Bir daha gelmeyecek" irihəcmli şeirlər toplusunun, 2017-ci ildə isə İLESAM-ın təşkilatçılığı ilə Ankaradakı Türk Tarix Qurumunun salonunda "Delicesine" kitabının geniş təqdimat mərasimi keçirilib. 2019-cu ilin noyabrında İstanbulda - Türk Ədəbiyyat Vəqfində, 2020-ci ilin yanvarında isə Bakıdakı Yunus Əmrə İnstitutunda R.Məcidin "Kalemsiz yazılanlar" kitabının təqdimatı olub.

Sözgedən Vəqfin seçimində bütün bu cəhətlərə xüsusi diqqətlə yanaşıldığı üçün qurumun rəhbərliyi R.Məcidin 2021-ci il üçün “Türk Dünyasına Üstün Xidmət” mükafatı ilə təltif olunmasına qərar verib.




Xəbər 2909 dəfə oxunub.



08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +