Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


20.09.2021  23:56 

Dünya Bankı “Doing Business“ hesabatını, “Azərbaycan jurnalistləri“ isə “Reuters“in məqaləsini saxtalaşdırıblar





A+  A-

“Reuters” beynəlxalq xəbər agentliyi sentyabrın 17-də “Beynalxalq Valyuta Fondunun rəhbəri Dünya Bankında çalışarkən Çinin xeyrinə saxtakarlıq edib” başlığı ilə məqalə yayımlayıb.

Məqalənin məğzi budur ki, hazırda Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru olan Kristalina Georgieva əvvəllər Dünya Bankında (DB) icraçı direktor vəzifəsində çalışarkən, DB tərəfindən hazırlanan "Doing Business" hesabatının saxtalaşdırılmasında iştirak edib. Düzdür, o, qeyd edilən saxtakarlıqda yeganə cavabdeh şəxs deyil, DB prezidenti Jim Yong da prosesin iştirakçısıdır. Amma həlledici fiqur qismində Kristalina Georgievanın adı hallanır.

Dünya Bankı hesabatlardakı yalnışlıqların aradan qaldırılması məqsədi ilə kənar audit şirkətini- WilmerHale şirkətini cəlb edib, son 5 ilin həm daxili, həm də xarici audit qiymətləndirilməsini aparıb. Araşdırmalar nəticəsində müəyyən edilib ki, Georgieva hesabatda "Çinin nəfinə xüsusi dəyişikliklər edilməsi", Çinin adının yüksək reytinqli göstərilməsi üçün sövdələşməyə gedib. Məsləhətçi Simeon Cankovun yardımından faydalanaraq əməkdaşlara təzyiq göstərib, nəticədə məqsədinə çatıb. Dünya Bankının 2020-ci il üzrə hesabatında saxtakarlıq edilərək, Çinin adı 7 pillə önə çəkilib, 85 -ci yerdən 78 -ci yerə yüksəldilib. Saxtakarlığn motivi kimi Çin götürülsə də, başqa bir neçə dövlətin adı üzərində də çalışmalar edilib. Məsələn, Səudiyyə Ərəbistanıın adı sünii şəkildə 1 pillə irəlilədilərək, 63 -cü yerdən 62-yə dəyişdirilib.

“Reuters”in məqaləsində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Azərbaycanın da adı çəkilir. Amma simvolik şəkildə. Bu ölkələr üzərində hansı əməliyyatların keçirilməsinin təfərrüatı açıqlanmır. Azərbaycanda “radikal müxalifət”in ruporu olan KİV-lər də işin məğzini bilmədən, tələm-tələsik ölkəmizin adını gətirib saxtakarlar sırasına yazıblar. Bu KİV-lər sentyabrın 17-dən başlayaraq təbliğat aparırlar ki, guya Azərbaycanın adı "Doing Business" hesabatının saxtalaşdırılmasında sifarişçilərdən biri kimi keçir. Hansı ki, “Reuters”-in məqaləsində və WilmerHale şirkətini hesabatında belə yanaşma yoxdur. Məsələni diqqətdə saxlayan dünya KİV-ləri mövzu üzrə yeni nüansları açıqlayıblar. “Reuters”, “Kommersant” və digər KİV-lərin son açıqlamalarından bəlli olur ki, "Doing Business" hesabatında Azərbaycanın adı üzərində saxtalaşdırma edilib. Amma bu saxtakarlıq Azərbaycanın sifarişi ilə və ya Azərbaycanın nəfinə deyil. Əksinə, qərəzli şəkildə, Azərbaycanın əleyhinə törədilib. Belə ki, ədalətli hesabat hazırlansaymış, Azərbaycanın adı 6 pillə önə çəkilərmiş. WilmerHale-nin şəffaf audit yoxlamalarından sonra hesabatda düzəlişlər edilib; Azərbaycanın adı 6 pillə önə çəkilib, 34-dən 28-ci yerə dəyişdirilib. Beləliklə, bəlli olur ki, Dünya Bankı "Doing Business" hesabatını, “müxalif yönlü Azərbaycan jurnalistləri” isə “Reuters”-in məqaləsini saxtalaşdırıblar, 3 gün ərzində yalançı təbliğat aparıblar. .

Məlumat üçün qeyd edək ki, “Doing Business” hesabatlarında bir sıra hallarda ölkələrə qərəzli yanaşılması barədə dünya mətbuatında daha öncə də fikirlər əks olunmuşdur. WilmerHale-nin audit yoxlamaları bu ittihamların reallığı əks etdirdiyini təsdiqləyib. Bunu nəzərə alaraq, Dünya Bankı “Doing Business” hesabatlarının nəşrini tamami ilə dayandırmağa qərar verib.

Müşfiq Ələsgərli




Xəbər 4009 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +