Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi


12.08.2021  14:17 

Dünən Bakıdakı yaşıllığa 40 minlik ziyan dəyib





A+  A-

“Son günlər Azərbaycanda həm meşə, həm də şəhərdəki yaşıllıq sahələrində yanğın hadisələri baş verir. Bu yanğınların da böyük bir qismi insanların səhlənkarlığı, ehtiyatsızlığından irəli gəlir”.
XəzərNews.az xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Hikmət Əlizadə bildirib. O qeyd edib ki, dünən Qəbələ və Oğuz rayonlarının meşə ərazilərində, eləcə də Bakı şəhərinin bir neçə ərazisindəki yaşıllıq sahəsində yanğın baş verib.

“Təkcə Xətai rayonunun Vunq Tau küçəsində olan yanğın zamanı 45 şam ağacı yanıb, digər ağaclara isə ziyan dəyib. Aparılan hesablamalara görə yaşıllığa təxminən 40 min manat məbləğində ziyan dəyib.

Müşahidələr və araşdırmalar göstərir ki, şəhərdə yaşıllıq ərazilərində baş verən yanğınların bir qismi kommunal təsərrüfat işçilərinin təmizlik aparan zaman qurumuş otları, yarpaqları bir yerə toplaması və ona od vurmasıdır. İkinci əsas fakt isə söndürülməmiş siqaret kötüklərinin yaşıllıq ərazilərinə atılmasıdır”.

H.Əlizadə bildirib ki, bu faktlar ciddi məsuliyyət yaradır və bununla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır:

“Vətəndaşlarımızdan xahiş edirik ki, odla ehtiyatlı davransınlar, min bir əziyyətlə ərsəyə gələn yaşıllıqların yanmasına səbəb olmasınlar. Çünki, hər birimizin cüzi ehtiyatsızlığı yanğınlara səbəb olur, ömrü 100 ildən artıq olan ağacların, yaşıllığın məhvi ilə bərabər, dövlətimizin büdcəsinə külli miqdarda ziyan dəyir”.

Xəbər 3620 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +