Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


03.08.2021  17:19 

Türkiyəyə yanğınla bağlı neçə ölkə kömək edib?





A+  A-

Türkiyənin cənubunda iyulun 28-dən başlayaraq davam edən meşə yanğınlarının söndürülməsində bir neçə ölkənin təyyarəsi iştirak edir.
XəzərNews.az xəbər verir ki, Türkiyənin Meşələr üzrə Baş İdarənin nümayəndəsi Mustafa Özkaya ölkədə meşə yanğınlarının söndürülməsində iştirak edən xarici ölkələrin hava nəqliyyatı növlərinə dair ətraflı məlumat yayıb.

Onun sözlərinə görə, hazırda xarici ölkələrə məxsus ümumi 18 hava nəqliyyatı yanğınların söndürülməsində fəal iştirak edir.

O bildirib ki, Türkiyə ümumilikdə 45 helikopter və 3 təyyarəyə sahibdir.

M.Özkaya əlavə edib ki, hazırda ölkədə olan 18 hava nəqliyyatı növünün 12-si təyyarə, 6-cı isə helikopterdir. O təyyarələrin 10-nun, helikopterlərin isə hamısının ödəniş olmadan gətirildiyini deyib.

“Ölkənin Kənd Təsərrüfatı və Meşə Nazirliyi, XİN və yaxud AFAD vasitəsilə hər hansı beynəlxalq köməklə bağlı çağırış edilməyib. İran 1 təyyarə və 2 helikopter ilə dəstək göstərdi. Azərbaycan 1 helikopter və 53 maşından ibarət dəstə ilə hazırda yanğın bölgəsinə çatmaq üzrədir. Ukraynadan 3 təyyarə, Rusiyadan 5 təyyarə və 3 helikopter gəldi.

Mustafa Özkaya “Mülki Müdafiə Mexanizmi”nin aktivləşdirilməsi məsələsinə toxunaraq qeyd edib ki, Aİ ölkələrindən göndərilməli olan təyyarələr dəstək deyil, Türkiyənin haqqıdır.

O AFAD-ın bu mexanizmə üzv olduğunu və illik vəsait ödədiyini vurğulayıb.

Özkaya Xorvatiya, İspaniya, Fransa və Rumıniyadan da təklif gəldiyini deyib. Lakin Rumıniya təyyarəsi Türkiyənin şərtlərini qarşılamadığından, Fransanın təyyarəsi isə amfibiya olmadığından bu iki ölkənin təyyarəsinə ehtiyac duyulmayıb.

Bununla yanaşı, Xorvatiyadan 1, İspaniyadan isə 2 təyyarə Türkiyəyə çatıb.

Xəbər 3985 dəfə oxunub.




08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +