Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


08.06.2021  17:14 

Can Dündarla bağlı daha bir qərar verildi





A+  A-

Silahlı terror təşkilatına üzv olmadan bilərəkdən yardım göstərməkdə təqsirləndirilən türkiyəli jurnalist Can Dündarın saxlanılması və İnterpol axtarışına verilməsi barədə qərar verilib.
XəzərNews.az “Hürriyet”ə istinadən xəbər verir ki, Dündar MIT tırları ilə bağlı istintaq dosyesi çərçivəsində “dövlətin təhlükəsizliyi və siyasi maraqları ilə əlaqəli gizli məlumatların açıqlanması” və “siyasi və hərbi casusluq məqsədilə dövlətin gizli məlumatlarını ötürmək”də təqsirləndirilir.

Məhkəmə Can Dündar haqqında gedən istintaq işi, cinayətlə əlaqəli şübhələrin mövcudluğunu göstərən sübutlar, təqsirləndirilən şəxsin artıq uzun müddətdir istintaq işlərinə görə axtarışda olması, məhkəmədən çıxarılan dosyedən aldığı cəza səbəbiylə qırmızı bildiriş və ekstradisiya prosesinin gözləmədə olması və cinayətin xüsusiyyətini nəzərə alaraq, təqsirləndirilən şəxsin tutulması üçün saxlanılma qərarı verilməsinə qərar verib.

Şübhəlinin xaricdə və hələ də Almaniyada olduğu məlum olduğu üçün məhkəmə təqsirləndirilən şəxsin ekstradisiya tələbi ilə İnterpol axtarışına verilməsinə də qərar verib.

Məhkəmə prosesi 6 oktyabr tarixinə qədər təxirə salınıb.

Xatırladaq ki, 29 may 2015-ci il tarixində Can Dündarın baş redaktoru olduğu “Cümhuriyyət” qəzetində öz imzası ilə yayımlanan Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) tırlarında silah daşındığı iddia olunan xəbəri böyük əks-səda vermiş və jurnalist cəsusluq və dövlətin gizli sənədlərini əldə edib yayımlamaqda ittiham olunmuşdu.

O, məxfi saxlanılması lazım olan məlumatları və fotoları ictimailəşdirdiyinə görə 5 il 10 ay həbs cəzasına məhkum edilmişdi. Daha sonra hökm Ali Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilsə də, verilən 15 günlük müddətdə məhkəməyə gəlmədiyi üçün Can Dündar haqqında qaçaq sayılması qərarı verilmişdi.

Ötən ilin dekabrında isə Dündar haqqında siyasi və hərbi casusluq maddəsi ilə 18 il 9 ay, silahlı terror təşkilatına kömək maddəsi ilə isə 7 il 21 ay həbs qərarı verilib.

Xəbər 3548 dəfə oxunub.




08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +