Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


02.04.2021  09:45 

Baş tutmayan 1 aprel zarafatı - 100-ə yaxın şəxs saxlanıldı





A+  A-

Polis əməkdaşları da daxil olmaqla, onlarla insan Brüsseldəki Bua de lya Kambr parkında kütləvi iğtişaşların dağıdılması zamanı xəsarət alıb.
XəzərNews.az TASS-a istinadən xəbər verir ki, buna səbəb sosial şəbəkələrdəki 1 aprel zarafatı olub. Hansısa konsertin planlaşdırıldığı barədə yalan məlumatın yayılması nəticəsində parka 5 mindən çox insan toplaşıb.

Polis bir neçə saat ərzində səsgücləndiricilər vasitəsilə toplaşanları parkı tərk etməyə çağırıb, ancaq buna cavab olaraq bəzi şəxslər asayiş keşikçilərini təhqir ediblər və azadlığa çağırış şüarları səsləndiriblər. Toplaşanlar polisi şüşə və banka atəşinə də tutub. Yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 20:00-red.) parka xüsusi təyinatlı polislərin olduğu bir neçə yük maşını, su şırnağı və atlı polis dəstəsi cəlb olunub. Bundan sonra polis parka toplaşanları sıxışdırıb çıxarmağa başlayıb.

Gənclər polisə aktiv müqavimət göstərib, parkın müxtəlif hissələrində qarışıqlıqlar baş verib. VRT telekanalının ilkin məlumatına görə, polis 100-ə yaxın nəfəri saxlayıb, onlarla insan xəsarət alıb, bir neçə polis əməkdaşı hospitalizə edilib.

Bütün bunlar Belçikada koronavirus pandemiyasının üçüncü dalğası və növbəti dəfə martın 26-da sərtləşdirilmiş karantin şəraitində baş verir. Tətbiq olunan qaydalara əsasən, küçədə insanların dörd nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır.

Xəbər 2945 dəfə oxunub.




08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +