Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi


09.03.2021  12:47 

Peyvənddən sonra iflic və ölüm iddiaları ilə bağlı açıqlama





A+  A-

Son günlər sosial şəbəkələrdə koronavirus infeksiyası (COVID-19) əleyhinə peyvənd olunan şəxslər arasında kənar təsirlər, hətta ölüm hallarının olması ilə bağlı məlumatlar yayılıb. Yaxınlarının “CoronaVac” peyvəndindən sonra halının pisləşdiyini, iflic olduğunu, hətta vəfat etdiyini iddia edən şəxslər var.
XəzərNews.az bildirir ki, “Qafqazinfo” bu məqamlara aydınlıq gətirmək üçün vaksinasiya prosesini təşkil edən dövlət qurumları ilə əlaqə saxlayıb.

TƏBİB-dən bildirilib ki, regionlarda peyvəndlənən şəxslər arasında vaksinin əks təsiri ilə bağlı hər hansı məlumat daxil olmayıb.

Paytaxt üzrə peyvəndlənmə prosesini təşkil edən Səhiyyə Nazirliyi də həmin məlumatların həqiqətə uyğun olmadığını açıqlayıb:

“Son günlər sosial şəbəkələrdə koronavirusa qarşı peyvənd edilən vətəndaşların iflic olması, hətta ölməsi barədə həqiqəti əks etdirməyən məlumatlar yayılır. Bildiririk ki, bu məlumatlar həqiqəti əks etdirmir və keçirilən peyvənd kampaniyasına qarşı atılan addımdır”.

Nazirlikdən həmçinin bildirilib ki, təkcə “COVID-19”a qarşı vaksin yox, bütün vaksinlər vurulduqdan sonra müəyyən yan təsirlər özünü göstərə bilər. Halsızlıq, qısamüddətli baş ağrıları, yüngül hərarət və ya inyeksiya yerində az miqdarda ağrı baş verə biləcək normal hallardır: “Bəzən vaksinin həyəcanından təzyiqin qalxması da mümkündür. Nəzərinizə çatdırırıq ki, bu zamana qədər hər hansı ciddi bir vəziyyət və yaxud şikayətlə qarşılaşmamışıq”.

Qeyd edək ki, ölkə əhalisinin “COVID-19” əleyhinə peyvəndlənməsinə bu il yanvar ayının 18-dən etibarən başlanılıb. Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 407,979 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Xəbər 3216 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +