Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


26.10.2020  20:17 

Pakistan növbəti dəfə Ermənistanın hərəkətini pislədi





A+  A-

Milli Məclisin Sədri Sahibə Qafarovanın ünvanına xarici ölkələrin parlamentləri tərəfindən Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünü pisləyən məktublar gəlməkdə davam edir.
XəzərNews.az bildirir ki, bu günlərdə Pakistan İslam Respublikası Milli Assambleyasının Sədri Əsəd Qayser Milli Məclisin Sədrinə ünvanladığı məktubda Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin məqsədli şəkildə pozulması və Azərbaycanın mülki şəxslərinin atəşə tutulması pislənilir.

Məktubda bildirilir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki şəxslərini hədəfə alması ciddi narahatlıq doğurur. Belə hərəkətlər BMT Nizamnaməsinin və beynəlxalq humanitar hüququn pozulması faktıdır. Pakistan Ermənistanı dövlət kimi tanımır və Pakistan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ regionunda təhlükəsizlik sahəsində vəziyyətin gərginləşməsi barədə narahatlığını ifadə edib.

Pakistan Milli Assambleyasının Sədri məktubunda Ermənistanın qardaş Azərbaycan xalqına qarşı təcavüzünü pisləyir və bildirir ki, Ermənistan vəziyyətin daha da gərginləşməməsi üçün hərbi əməliyyatları dayandırmalıdır.

Pakistanın Parlamenti, Hökuməti və xalqı qardaş Azərbaycan xalqının özünümüdafiə hüququnu dəstəkləyir. Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan mövqeyində bundan sonra da onun yanındadır.



Xəbər 3554 dəfə oxunub.




08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +