Qazanan sığortaçılar, sürünən sürücülər...
56 min müəllimin əmək haqqı artırılıb
Rusiyanı parçalamaq prosesi başladı
AP Gürcüstanda yeni seçkilər tələb edir
Kiyevə gecə hücumu: İki qadın həlak olub
8 min müəllim işdən çıxarıldı
“Aeroflot“ Tehrana bütün reyslərini ləğv edib
Liderlərin Əbu-Dabi görüşünə kimlər qatılıb?
Quyudan su götürmək istəyərkən öldü
Neftin qiyməti 76 dolları keçdi


15.10.2020  11:06 

“Bu vəziyyətə görə Paşinyan hökuməti məsuliyyət daşıyır” - Şarmazanov





A+  A-

Ermənistanın Dağlıq Qarabağ münaqişəsində döyüş meydanında və diplomatik sahədə uğursuzluqları ölkədə siyasi böhrana və fikir ayrılıqlarına səbəb olub. Bir çox siyasətçi və ictimai fiqur Paşinyan hökumətinin ölkəni uçuruma sürüklədiyini düşünür.
XəzərNews.az “ArmenianReport”a istinadən xəbər verir ki, Ermənistanın keçmiş hakim partiyası olan Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov da son açıqlamasında ölkədəki mövcud vəziyyətə görə Paşinyan hökumətini təqsirləndirib.

Onun sözlərinə görə, hazırkı vəziyyət Paşinyanın uzaqgörən olmamasından qaynaqlanır.

“Hazırkı vəziyyət Paşinyanın danışıqlara öz nöqteyi-nəzərindən yanaşmasının nəticəsidir və yaranmış vəziyyətə görə bütün məsuliyyəti mövcud hökumət daşıyır”,- deyə o qeyd edib.

Xatırladaq ki, N. Paşinyan ötən gün Ermənistan ordusunun çətin anlar yaşadığını və itkilər verdiyini, bununla da məğlubiyyətini dolayı yolla da olsa, etiraf edib.

Xəbər 3709 dəfə oxunub.




10.07.2025  10:35 

Neftin qiyməti 76 dolları keçdi

09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +