Dəhşətli təyyarə qəzası - ölənlər var
“SSRİ dağılandan sonra NATO-ya ehtiyac qalmayıb...”
İş adamının oğlu faciəvi şəkildə vəfat edib
ABŞ İrana qarşı zərbə endirməyə hazırdır
Tramp: ABŞ Ukraynaya silah verəcək
Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər


30.01.2020  15:41 

Ağciyər Xəstəlikləri İnstitutunda daha iki xəstə öldü





A+  A-

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu iki xəstənin ölümü ilə bağlı məlumat yayıb.
XəzərNews.az xəbər verir ki, bu barədə institutdan APA-ya bildirilib.

Verilən məlumata görə, 1957-ci il təvəllüdlü xəstə yanvarın 14-də saat 14.55-də ağır vəziyyətdə daxil olub.

O, pulmonologiya şöbəsinə yerləşdirilib.

Müvafiq müayinələr nəticəsində "Ağciyərlərin xroniki obstruktiv xəstəliyi ağır gedişli kəskinləşmə mərhələsi; ağciyərlərin emfizeması, bronxial astma, qarışıq forma, nəzarət olunmayan kəskinləşmə mərhələsi; tənəffüs çatışmazlığı (II dərəcə); pulmonar hepertenziya; ürək çatışmazlığı, keçirilmiş ağciyər vərəmindən sonrakı qalıq - fibroz bərk ocaqlar və plevra qalınlaşması şəklində” diaqnozu qoyularaq müalicə təyin edilib.
Pulmonoloq və kardioloqun nəzarəti ilə intensiv müalicə tədbirlərinə baxmayaraq, xəstənin yanvarın 29-da vəziyyəti kəskin dəyişib və əsas xəstəliklərin ağırlaşması kimi kəskin ağciyər, ürək çatışmazlığı inkişaf edib.

Bu səbəbdən xəstə reanimasiya şöbəsinə köçürülüb və yanvarın 30-da saat 01.20-də bioloji ölüm olub.

İkinci xəstə - 1941-ci il təvəllüdlü şəxs yanvarın 29-da saat 12.45-də olduqca ağır vəziyyətdə "İkitərəfli pnevmoniya, ağciyərlərin xroniki obstruktiv xəstəliyi ağır gedişli kəskinləşmə mərhələsi, hipoksik ensefalopatiya naməlum mənşəli nefropatiya” diaqnozu ilə daxil olub və reanimasiya şöbəsinə yerləşdirilib.

Reanimatoloq və pulmonoloqun nəzarəti altında intensiv müalicə tədbirlərinə baxmayaraq, xəstədə yanvarın 30-da saat 02.00 radələrində bioloji ölüm qeydə alınıb.

Xəbər 3186 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +