Putinin Ərdoğanla telefon danışığı olub
2500 manat doğum, 5000 manat küvəz və iki körpənin ölümü...
Bakıda sürücülər arasında dava düşdü - Video
Dörd nəfərlik qəbir yeri 50 min manata... - Yasamalda
Fransız iş adamı Fərhad Əhmədovdan nə qədər rüşvət alıb? - Məhkəmə
Audiovizual Şura “Xəzər TV”yə xəbərdarlıq edib - VİDEO
Baş nazir maaşlara əlavələrlə bağlı qərar verdi
881 kiloqram çətənə kolu aşkarlandı
Jurnalist olmaq istəyənlərin... - Qeydiyyat başladı
Bakı şəhər İcra Hakimiyyəti 425 min 685 manatlıq it yemi alır


09.12.2019  19:36 

Baş Nazirdən dövlət bayrağı ilə bağlı sərəncam





A+  A-

Baş Nazir Əli Əsədov “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” və “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2019-cu il 8 oktyabr tarixli qanunun tətbiqi ilə bağlı bəzi məsələlər haqqında sərəncam imzalayıb.
XəzərNews.az xəbər verir ki, sərəncam “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” və “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanunun tətbiqinin təmin edilməsi məqsədilə verilib.

Sənədlə Ədliyyə Nazirliyinə icra prosesində müəyyən ediləcək aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” və “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanunlarında dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Razılaşma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Nazirlər Kabinetinə təqdim etməlidirlər. Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl edilməsini təmin edəcəklər.

Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, qanunun tətbiqinin təmin edilməsi məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim edəcək, icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verəcəklər.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların qanuna uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Nazirlər Kabinetinə məlumat verməldiir.

Bu sərəncamın icrası Nazirlər Kabineti Aparatının Hüquq şöbəsinə həvalə edilib.

Xəbər 3413 dəfə oxunub.




18.07.2025  10:23 

Ukrayna Moskvaya hücum etdi

17.07.2025  23:50 

FTB ləqəbli reper saxlanılıb


BÜTÜN XƏBƏRLƏR +