Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


09.10.2019  10:43 

Nazir: “Mən o heykəlləri Bakıda qoya bilmərəm...“





A+  A-

Mən inanıram ki, bu güllələnmiş heykəllər gec-tez öz yerlərinə qayıdacaq.
XəzərNews.az xəbər verir ki, bu sözləri Mədəniyyət naziri Əbülfəs Qarayev Bülbülün, Xan qızı Natəvanın və Üzeyir bəyin güllələnmiş büstlərinin Şəhidlər Xiyabanına, yaxud şəhərin mərkəzi parklarından birinə qoyulması təklifinə münasibət bildirərkən musvat.com-a geniş müsahibəsində deyib.

Nazir məsələyə iki rakursdan yanaşdığını deyib:

"Birinci yanaşmam budur ki, heykəlləri bu şəkildə şəhərin bir yerində qoymaq düzgün olmaz. İntəhası, muzeyə gələn adamlar mütləq onları görürlər. Artıq bu heykəllər Natəvanın, Üzeyir bəyin və Bülbülün heykəlləri deyil. Bunlar erməni faşist quldurluğunu və vəhşiliyini təcəssüm etdirən heykəllərdir. Mən o heykəlləri Bakıda qoya bilmərəm! Çünki bu, erməni ideologiyasına bir heykəldir. Düzdür, biz onlara etiraz kimi baxırıq. Amma bu heykəllər artıq güllələnib, ermənilər tərəfindən”.

Əbülfəs Qarayev sözügedən heykəllərin muzeyin qarşısında olmasını məqsədəuyğun hesab edib:

"Müxtəlif fikirlər var. Bir vaxtlar bunlar bilinməyən yerlərdə idi. Sonradan biz onları yenidən qurulmuş muzeyin həyətinə qoyduq. Hər 18 sentyabrda, musiqi günündə orada ictimaiyyətin iştirakı ilə tədbirlər keçiririk, diqqəti cəlb edirik. Yenə deyirəm, bu heykəllər erməni faşist ideologiyasının və vəhşiliyinin heykəlidir. Mən onu başqa yerdə görmürəm”.

Xəbər 3232 dəfə oxunub.




08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +