Ali rəhbər İran dövlətini Ermənistana qurban verir, yoxsa öldürür?!
Rus bölmələri bağlanmayacaq - Nazir
Diaspor rəhbərimiz Rusiyadan deport olundu
Vəkil “Atəşgah” sığortadan narazıdır
Rusiyada işləyən azərbaycanlı 10 gündür YOXA ÇIXIB
Qazanan sığortaçılar, sürünən sürücülər...
56 min müəllimin əmək haqqı artırılıb
Rusiyanı parçalamaq prosesi başladı
AP Gürcüstanda yeni seçkilər tələb edir
Kiyevə gecə hücumu: İki qadın həlak olub


12.09.2019  14:21 

Keçmiş məhkumdan 4 kq narkotik götürülüb





A+  A-

Novxanıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.
XəzərNews.az DİN-ə istinadən xəbər verir ki, Abşeron rayonu Novxanı qəsəbəsində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əvvəllər məhkum olunmuş paytaxt sakini İsrafil Aslanov tutulub. Onun yaşadığı evin yardımçı otaqlarından birinə baxış zamanı xüsusi qulluq edilərək yetişdirilən çətənə kolları və ümumi çəkisi 4 kiloqram 35,483 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik vasitələrin ona məxsus olduğunu bildirib.

İ.Aslanovun yaşadığı evə baxış zamanı isə oradan əlavə 34 bükümdə satış üçün hazır qablaşdırılan 2,450 qram heroin və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində Novxanı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı İ.Aslanov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 3042 dəfə oxunub.




10.07.2025  10:35 

Neftin qiyməti 76 dolları keçdi

09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi


BÜTÜN XƏBƏRLƏR +