Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


14.02.2019  11:43 

Ermənistan ordusunda korrupsiya və cinayət halları artıb





A+  A-

2018-ci ildə Ermənistan Silahlı Qüvvələrində 3525 fövqəladə hadisə olub ki, bunun 2358-i cinayət, 1140-ı isə cinayət əməli olub.
XəzərNews.az-ın “Novosti Armeniya”ya istinadən xəbərinə görə, bu barədə işğalçı Ermənistanın hərbi prokuroru Vaqe Arutyunyan ötən ilin yekunlarına dair Hərbi Prokurorluqda keçirilən müşavirədə çıxışı zamanı bildirib.

O, ölkədə ağır cinayətlərin sayının 2017-ci illə müqayisədə 9 hadisə (8,1%), xüsusilə ağır cinayətlərin isə 37 hadisə (46.2%) artdığını söyləyib.

Qeydə alınan xüsusilə ağır cinayətlərin sayı isə 43 hadisə olub ki, bunlardan biri hərbçinin öz xidmət yoldaşını qətlə yetirməsi, digəri isə mülki vətəndaşın törətdiyi cinayətdir.

Orduda 1173 hərbçi xəsarət alıb ki, bu, 2017-ci ildə qeydə alınmış 1813 hadisə ilə müqayisədə 640 azalma (35,3%) deməkdir. 2017-ci ildə 102 əsgər ağır xəsarət aldığı halda, ötən il bu rəqəm 54 olub.

2017-ci ildə Ermənistan ordusunda baş vermiş korrupsiya halları ötən il 66% artıb ki, bu da 182 korrpupsiya faktlının olması deməkdir. Bu istiqamətdə 173 hadisə ilə bağlı cinayət işi açılıb. 86 nəfər barəsində başlamış 43 cinayət işi məhkəməyə göndərilib.

Ötən ildə 2017-ci illə müqayisədə dövlətə 7,3 dəfə artıq, yaxud 422 milyon 236 min 614 dram (863 min dollar) məbləğində maddi ziyan dəyib.

Xəbər 2875 dəfə oxunub.




08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +