Zəngilanda 1 ton çətənə bitkisi məhv edilib
Dəhşətli təyyarə qəzası - ölənlər var
“SSRİ dağılandan sonra NATO-ya ehtiyac qalmayıb...”
İş adamının oğlu faciəvi şəkildə vəfat edib
ABŞ İrana qarşı zərbə endirməyə hazırdır
Tramp: ABŞ Ukraynaya silah verəcək
Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı


27.12.2018  10:16 

Mehmanın həbsi 7 ilədək artırıla bilər





A+  A-

Bloqer Mehman Hüseynova yeni ittiham irəli sürülüb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, o, bu dəfə cəzaçəkmə müəssisəsinin əməkdaşını döyməkdə təqsirləndirilir.

Rəsmi açıqlamaya görə, M.Hüseynov saxlanıldığı 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək ona bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.

Qaradağ rayon prokurorluğu faktla bağlı Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlanılıb.

Məhkəmədə M.Hüseynovun bu cinayəti törətdiyi sübuta yetirilərsə, onu 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

M.Hüseynovun cəzasının bitməsinə 2 ay qalıb.

Xəbər 2922 dəfə oxunub.




08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +