Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi


11.12.2018  12:03 

Siqaretlə bağlı cərimə bu gündən qüvvədədir - 50 manat





A+  A-

Tütündən istifadə ilə bağlı bəzi yeni cərimələr bu gündən rəsmi hüquqi qüvvə alıb.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı ekspert Ərşad Hüseynov yayıb. O bildirib ki, bu gündən etibarən taksidə siqaret çəkməyə görə 40-50 manat məbləğində cərimənin tətbiqi barəda qanun (İXM-in 322-ci maddəsinə düzəliş) rəsmi hüquqi qüvvə alıb:

“İstər hərəkət vaxtı, istərsə də dayanmış vəziyyətdə taksidə sürücü və ya sərnişin siqaret çəkərsə, bu məbləğdə cərimə oluna bilər”/

Ekspert onu da qeyd edib ki, cərimələr tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə də tətbiq olunacaq:
“Bu gündən rəsmi hüquqi qüvvə alan qanuna (İXM-in 212-ci maddəsinə edilən əlavələr) əsasən, siqaret kötüyünü hara gəldi atanlar 50 manat cərimə olunacaq.

Bu normanı hərfi mənasında təfsir etsək, belə çıxır ki, xüsusilə siqaret kötüyünü zibil qutuları və belə tullantıların məhvi və ya atılması üçün xüsusi yerlər istisna olmaqla, istənilən başqa yerdə atan şəxs cərimələnə bilər”.

Xəbər 2977 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +