Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi
Bəşir Süleymanlının həbs müddəti uzadıldı
Rusiya Paşinyanı devirmək üçün... - Yerevana ordu göndərir
Sabah ölkə ərazisində 38 dərəcə isti olacaq
Fərqlənmə attestatı olmayan məzunların xaricdə təhsil məsələsinə aydınlıq gəldi
Rusiyada avtomobil bazarı çökür
“Qalatasaray”dan Oşimenlə bağlı yeni AÇIQLAMA


10.10.2018  13:43 

“Mən sadəcə qol çəkmişəm” - 160 minlik mənimsəmə





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində "Rabitə işi” ilə bağlı daha bir yüksək vəzifəli şəxsin, mənimsəmədə təqsirləndirilən Qəbələ Rayon Telefon Qovşağının keçmiş rəhbəri Şahin Tağıyevin məhkəməsi keçirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakimi Fikrət Qəribovun icraatında olan prosesdə Qəbələ Telekommunikasiya Qovşağının sahə rəisi Namiq Eyyubov deyib ki, Qəbələ şəhərində kabel çəkilməsinə rəhbərlik edib: "Mal-materialı qovşaqdan qaimə şəklində götürürdük. Qovşağa pul daxil olmasından xəbərim olmayıb. Katirovka komissiyasında da iştirak etməmişəm, sadəcə qol çəkmişəm".

Prosesdə iştirak edən digər şahidlər də eyni məzmunlu ifadələr verib.

Məhkəmə oktyabrın 17-də davam etdiriləcək.

İttihama görə, Ş.Tağıyev vəzifəsindən sui-istifadə edərək dövlət büdcəsindən 168 min manat mənimsəyib. O, istintaq zamanı həbs olunmadığı üçün hazırda azadlıqdadır.

Ş. Tağıyev dəyən ziyanı nazirliyə ödədiyini deyib. Onun Qəbələ rayonunda yerləşən 2 mərtəbəli, 300 min manatlıq villasının üzərinə həbs qoyulub.

Xəbər 3613 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür

08.07.2025  17:13 

Şəkidə TIR yandı


BÜTÜN XƏBƏRLƏR +