Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


05.09.2018  12:15 

“Çoxlu qan töküləcək” – Ərdoğan anons verdi





A+  A-

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın İdlib bölgəsində keçirilən əməliyyatların humanitar böhrana gətirib çıxaracağını bildirib.
XəzərNews.az “Sabah” nəşrinə istinadən xəbər verir ki, Türkiyə prezidenti bunun nəticəsində yeni miqrant dalğasının yaranacağını qeyd edib.

“Orada 3,5 milyon insan var. Rusiya və ABŞ məsuliyyəti bir-birinin üzərinə atırlar. Əgər raketlər bu əraziyə düşərsə o zaman çoxlu qan töküləcək, Türkiyəyə miqrantların yeni axını başlayacaq” – deyə Ərdoğan söyləyib.

O həmçinin Rusiya, Türkiyə və İranın əməkdaşlığının bu məsələdə nəticə göstərəcəyini qeyd edib.

Ərdoğan bunun üçün sentyabrın 7-də Tehranda keçiriləcək sammitə böyük ümid bəslədiyini bildirib.

Türkiyə lideri bu sammitlə Əsəd rejiminin göstərdiyi aqressiyanın qarşısının alınacağına ümid edir.

Xatırladaq ki, ABŞ tərəfi bundan əvvəl Rusiyanı Əsəd rejimini dəstəkləməməyə və İdlibə hücum etməməyə çağırıb. Lakin Rusiya hava zərbələri endirərək ABŞ-ın məsələnin həllində yardımçı olmadığını söyləyib.

Qeyd edək ki, Əsəd rejimi Rusiyanın terrorçulara qarşı əməliyyat keçirmək adı ilə İdlibi bombalamasından yararlanıb.

Buna görədir ki, Suriya ordusu da həmin əraziyə hava zərbələri endirməyə başlayıb.

Xəbər 2951 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +