Rus bölmələri bağlanmayacaq - Nazir
Diaspor rəhbərimiz Rusiyadan deport olundu
Vəkil “Atəşgah” sığortadan narazıdır
Rusiyada işləyən azərbaycanlı 10 gündür YOXA ÇIXIB
Qazanan sığortaçılar, sürünən sürücülər...
56 min müəllimin əmək haqqı artırılıb
Rusiyanı parçalamaq prosesi başladı
AP Gürcüstanda yeni seçkilər tələb edir
Kiyevə gecə hücumu: İki qadın həlak olub
8 min müəllim işdən çıxarıldı


02.08.2018  13:11 

“Abituriyentləri daha çox bu suallar maraqlandırır”





A+  A-

“İxtisas seçimi ərəfəsində tələbə adını qazanmağa çalışan abituriyentlərdən çoxsaylı suallar var”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Bakı Avrasiya Universitetinin mətbuat və informasiya xidmətinin rəhbəri Şəfayət Avılbəyli deyib. Universitet rəsmisi bildirib ki bu il əsasən abituriyentlər ixtisas seçimi etməmişdən əvvəl universitetlərlə əlaqə yaratmağı üstün tutublar və bir çox sualları cavablandırıblar. Şəfayət Avılbəyli bildirib ki, abituriyentlər ümumiyyətlə hər şeylə maraqlanırlar. “Təhsil haqqı ödənişləri, ixtisasın gələcək perespektivi, özəl universitetlərdə təqaüd məsələsi, ödənişdən azad olunmanın şərtləri və digər məsələlər. Bu əlbəttə ki, çox yaxşı haldır. Abituriyent oxuyacağı universitet haqqında hər şeyi bilmək istəyir və bu il deyərdim ki çox fərqli bir seçim olacaq.

İndiyə qədər 600 abituriyentin sosial şəbəkələrdən universitetlə bağlı ünvanladığı sualları cavablandırmışam. Ən çox verilən sual təhsil haqqı, əla oxuyan tələbələrə hansı güzəştlərin olması, məzunların iş imkanı və digər məsələlərlə bağlıdır. Bakı Avrasiya Universiteti ötən il olduğu kimi bu ildə tələbələrə yaxşı təhsil almaları üçün müxtəlif proqramlar həyata keçirir. Bu il bizi seçən abituriyentlər bu imkanlardan yararlanacaqlar”.

Xəbər 3476 dəfə oxunub.




10.07.2025  10:35 

Neftin qiyməti 76 dolları keçdi

09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi


BÜTÜN XƏBƏRLƏR +