Ali rəhbər İran dövlətini Ermənistana qurban verir, yoxsa öldürür?!
Rus bölmələri bağlanmayacaq - Nazir
Diaspor rəhbərimiz Rusiyadan deport olundu
Vəkil “Atəşgah” sığortadan narazıdır
Rusiyada işləyən azərbaycanlı 10 gündür YOXA ÇIXIB
Qazanan sığortaçılar, sürünən sürücülər...
56 min müəllimin əmək haqqı artırılıb
Rusiyanı parçalamaq prosesi başladı
AP Gürcüstanda yeni seçkilər tələb edir
Kiyevə gecə hücumu: İki qadın həlak olub


14.07.2018  11:32 

Kürdəmirin icra başçısı fəhlələrin pulunu niyə vermir?





A+  A-

"İşçilər öz pullarını almaq üçün dəfələrlə Kürdəmir icra hakimiyyətinə getsələr də icra başçısı Ceyhun Cəfərov onları qəbul etməyib"
XəzərNews.az bildirir ki, Bolgexeber.com-a müraciət edən vətəndaş Səbuhi Qəhrəmanov və 6 nəfər fəhlə gördükləri işin müqabilində pullarının verilməməsindən şikayətçidirlər. Belə ki, Səbuhi Qəhrəmanovun bildirdiyinə görə, onlar Kürdəmirin Pirli kəndində rayonun icra başçısı Ceyhun Cəfərova məxsus toxumçuluq zavodunda qaynaq işləri görüblər və bu işə görə onlara 5500 manat verilməlidir, amma verilmir . Onları işlədən iş icraşısı, Yevlax sakini Nurlan adlı şəxs onlara bildirib ki, pulunuz icra başçısındadır, ona müraciət edin.

İşçilər öz pullarını almaq üçün dəfələrlə Kürdəmir rayon İcra Hakimiyyətinə getsələr də, icra başçısı Ceyhun Cəfərov onları qəbul etməyib.
Fəhlələr qeyd ediblər ki, onlar hər gün əziyyət çəkib vaxt itirərək, xərc çəkərək Mingəçevirdən pullarını ala bilmək üçün Yexlaxa gəlirlər.
Əməkdaşımız məsələyə aydınlıq gətirmək üçün Kürdəmir rayon Ccra Hakimiyyətinin başçısı ilə əlaqə saxlayıb. İcra başçısı bildirib ki, həqiqətən də onların həmin fəhlələrə borcu var, amma hələ ki onlara verəcək pul yoxdur.

İsti havalarda neçə müddət işləyən, öz halal pullarını ala bilməyən fəhlələr bununla bağlı narazılıqlarını bildiriblər və problemləri ilə əlaqədar artıq ölkə başçısına müraciət edəcəklərini deyiblər.

Xəbər 3457 dəfə oxunub.




10.07.2025  10:35 

Neftin qiyməti 76 dolları keçdi

09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi


BÜTÜN XƏBƏRLƏR +